Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə (SOCAR)Macarıstanın “MVM Group” şirkəti arasında əməkdaşlıq imkanlarına,bərpa olunan enerji ilə bağlı mövzulara, perspektivdə nəzərdətutulan layihələrə və qarşılıqlı maraq doğuran digər məsələlərədair fikir mübadiləsi aparılıb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, bu, AzərbaycanRespublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən NəcəfinMacarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru KarolyMatrai ilə görüşü çərçivəsində baş tutub.
Məlumata görə, görüşdə SOCAR ilə “MVM Group” şirkəti arasındauğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Bu xüsusda, “MVM Group”un cari ilin üçüncü rübündə dünyanın əniri təbii qaz-kondensat yataqlarından olan “Şahdəniz” yatağı üzrəHasilatın Pay Bölgüsü Sazişinə qoşulması, bununla da Azərbaycanınneft-qaz bazarına yeni enerji iştirakçısı kimi daxil olması xüsusivurğulanıb.