RU

“Media Savadlılığı” Həftəsi çərçivəsində könüllülər üzrə məsul şəxslər üçün “Media savadlılığı” mövzusunda təlim keçilib

16-22 dekabr tarixlərini əhatə edən "Media Savadlılığı" Həftəsi çərçivəsində könüllülər üzrə məsul şəxslər üçün "Media savadlılığı" mövzusunda təlim keçilib.

Türkiyənin Radio və Televiziya Ali Şurasının Strateji inkişaf departamentinin rəhbəri Feyza Gizligider tərəfindən keçirilən təlimdə media savadlılığının əhəmiyyəti və onun cəmiyyətin inkişafında rolu barədə danışılıb, saxta xəbərlərin yayılmasının qarşısının alınması və rəqəmsal platformalarda informasiyanın düzgün təhlili məsələləri real nümunələrlə praktiki şəkildə izah olunub, iştirakçılarla ətraflı fikir mübadiləsi aparılıb.

Təlimin məqsədi iştirakçıların tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, onlarda media savadlılığı ilə bağlı fərqindəliyin artırılması, dezinformasiyaya qarşı mübarizədə və rəqəmsal media mühitində məlumat təhlükəsizliyinin təminində onların potensialından istifadə olunmasıdır.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
1
8
olaylar.az

9Источники