Çox adam telekanallara inanıb verilişlərdə reklam olunan həkimlərin yanına gedirlər.
Sovet dönəmindən insanların yaddasında belə bir iz qalıb ki, televiziyalarda, qəzetlərdə nə desələr, nə yazsalar doğrudur. Amma bu, sovet dönəmində belə idi.İndi isə pul qazanmaq üçün ən savadsız həkimi elə tərifləyirlər ki, insanlar televiziyalara inanır və ora axın edirlər.
Məsələn, ATV kanalında reklam olunan travmatoloq-ortaped həkim Vüsal Mahmudovu bir o qədər də tanıyan yox idi. Reklamdan əvvəl onun yanına getmişdik, qəbulunda bir- iki nəfər xəstə vardı. Zaur Baxşəliyev onu reklam edəndən sonra onun qəbulunda uzun növbələr yarandı.Bizim xəstəni də yaxşı müalicə edə bilmədi və başqa həkim xəstəmizi sağaltdı. Onun yanıa gedən xəstələr bu həkimdən narazılıq edir.
Ümumiyyətlə, reklama inanıb belə həkimlərin yanına getməyin , onlar sizi şikəst edəcək.Telekanalların nə vecinə pulun alıb reklam edirlər. Məgər, Xalq artisti Flora Kərimovanın gözünü cərrah həkim pis günə qoymayıbmı! Bizim bir qonşumuz xanım var, onun da gözlərini reklam olunan" məşhur" həkim kor edib. Reklam olunan savadsız həkimlərlə bağlı əlimizdə çoxlu sayda faktlar var və lazım gəldikcə onların adını, soy adını oxucularımıza deyəcəyik! Hələlik bu qədər bəsdi və ardı olacaq!
Emil Faiqoğlu