Böyük Britaniya hakimiyyəti Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurini və daha dörd məmuru sanksiyalar tətbiq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniyanın hökumətinin saytında dərc olunmuş press-relizdə deyilir.
"Böyük Britaniya Gürcüstanda jurnalistlərə və dinc nümayişçilərə hücumlara görə məsuliyyət daşıyan beş gürcü məmura qarşı sanksiya tətbiq edib”, - deyə press-relizdə qeyd olunub.