RU

Britaniya Gürcüstan DİN rəhbəri və onun müavininə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya sanksiya siyahısına Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurini, onun müavini Aleksandr Daraxvelidzeni və Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşvilini daxil edib.

Ucnoqta.az xəbər verir ki, sənəd Britaniya hökumətinin saytında yerləşdirilib.

“Qara siyahı”ya Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinat Departamentinin rəhbəri, Gürcüstan xüsusi təyinatlılarına rəhbərlik edən Zviad Xarazişvili və onun müavini Mileri Laqazauri də daxil edilib.

Qeyd edilir ki, Gürcüstan hüquq-mühafizə orqanlarının rəhbərliyi insan hüquqlarının pozulmasına bərabər hərəkətlərə görə məsuliyyət daşıyır. İddia olunur ki, ölkədə keçirilən etiraz aksiyaları zamanı Gürcüstan Daxili İşlər Nazirliyi “polisin etirazçılara qarşı qeyri-mütənasib zorakılıq tətbiqinə” icazə verib və gürcü polisi müxalifət liderlərinə və jurnalistlərə hücum edib.

Избранный
32
ucnoqta.az

1Источники