Qadın voleybolçular arasında Yüksək Liqanın IV turuna yekun vurulub.
SİA xəbər verir ki, “Gəncə” evdə UNEC-i 3:0, “Abşeron” isə son çempion “Azərreyl”i 3:1 hesabı ilə üstələyib.
İlin son turuna “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal" oyunu ilə yekun vurulub. Burada birincilər 3:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 11 xalla “Abşeron” başçılıq edir. Son çempion “Azərreyl” 8 xalla 2-ci yerdə qərarlaşıb.