RU

Tovuzda məktəbdə kütləvi zəhərlənmə nəzarətə götürülüb VİDEO

Tovuzda orta məktəbdə kütləvi zəhərlənmə olub.

Xezerxeber.az-ın məlumatına görə, rayonunn Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbinin 2 sinfində sobadan çıxan tüstü zəhərlənmə ilə nəticələnib. Hadisə səhər saatlarında olub. Halı pisləşən 72 nəfər xəsətxanaya aparılıb.

İstismar müddətini başa vuran məktəbin sinif otaqları pelet və odun yanacağı ilə qızdırılır. Şagirdlər və müəllimlər dərhal sinifləri tərk ediblər.

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, gün ərzində zəhərlənmə ilə əlaqədar müraciətlərin sayı artıb.

Rayon Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"ə verilən məlumata görə, sonradan xəstəxanaya müraciət edənlərin sayı 72 nəfərə çatıb. Onlara tibbi yardım göstərilib, 71 nəfəri evə buraxılıb. 1 nəfərin isə xəstəxanada müalicəsi davam edir.

Hadisə qeydə alınan təhsil ocağına hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyi, Tovuz rayonu üzrə təhsil sektoru və digər aidiyyəti qrumların əməkdaşları cəlb olunub. Qazax-Tovuz Regional Təhsil Idarəsindən bildirilib ki, zəhərlənən şagirdlərin səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
22
xezerxeber.az

1Источники