RU

''Real'' növbəti titulu qazandı, Ançelotti tarixə düşdü

Dekabrın 18-də Qətərdə Qitələrarası kubokun finalı keçirildi.

Həlledici oyunda ''Real'' ilə Meksika təmsilçisi ''Paçuka'' qarşılaşdı. Qeyd edək ki, 20 illik fasilədən sonra yenidən bərpa olunan bu turnirdə Madrid nəhəngi Çempionlar Liqasının qalibi kimi birbaşa finalda oynadı.

Hələ ötən ilin sentyabrında start götürən turnirdə KONKAKAF çempionu ''Paçuka'' isə ''Botafoqo''ilə ''Əl-Əhli''ni yenərək finala yüksəlmişdi. ''Kral klubu'' gözlənildiyi kimi rəqibinə heç bir şans verməyərək Mbappe, Rodriqo və Vinisiusun qollari ilə 3:0 hesablı qələbə qazandı. Finalların komandası olan ''Real'' 2024-cü ildə 5-ci titulunu qazandı.

''Blankos'' buna qədər bu təqvim ilində İspaniya superkuboku, La Liqa, ÇL və Avropa superkubokunu qazanmışdı. ''Real'' beynəlxalq turnirlərdə keçirdiyi son 20 finalın cəmi 1-də uduzub (18 qələbə, 1 heç-heçə). Həmin məğlubiyyət 2018-də Avropa superkuboku uğrunda ''Atletiko'' ilə oyunda qeydə alınıb (2:4).

Ən əsas Karlo Ançelotti ''Real''da 15-ci titulunu qazanmaqla əbədi olaraq adını klubun tarixinə yazdırdı. Belə ki, o, əfsanəvi Migel Munyosu (14) geridə qoyaraq klub tarixinin ən çox titul qazanan məşqçisinə çevrildi.

ƏLİ

Избранный
28
football-plus.az

1Источники