RU

Gömrük İdarəsi əməkdaşlarına əməliyyat:114 nəfər saxlanıldı

Türkiyədə Mersin Gömrük İdarəsi əməkdaşlarına qarşı keçirilən "Zəncir" əməliyyatı çərçivəsində 114 şübhəli saxlanılıb.

Redaktor.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Mersin Respublika Prokurorluğunun koordinasiyası ilə İl Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin həyata keçirdiyi araşdırma nəticəsində, gömrük işçilərinin "mənfəət təmin etmə" şübhəsi ilə istintaqa cəlb olunduğu bildirilib.

Açıqlamada bildirilir: "Əməliyyat zamanı 34 dövlət məmuru ilə yanaşı gömrük məsləhətçiləri və məsləhətçi işçilərindən ibarət 114 şübhəli saxlanılıb. Əməliyyatı həyata keçirən Mersin Respublika Prokurorluğumuzu və Mersin İl Polis İdarəmizi təbrik edirik".

Kənan Yusif 

Избранный
32
redaktor.az

1Источники