"Ayntraxt"ın hücumçusu Omar Marmuş Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.
Rekord.az xəbər verir ki, o, ötən ay ölkə çempionatında 2 qol və 4 məhsuldar ötürmə ilə "ən yaxşı" adına layiq görülüb.
Misirli oyunçu bombardirlik yarışında "Bayern"in 14 qol vuran hücumçusu Harri Keyndən 1 qol geri qalır.