Qısqanclıq zəminində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Etibar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Etibar Bədəlov 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 17-də baş verib. Təqsirləndirilən Etibar Bədəlov həyat yoldaşı Aytən Bədəlovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə təqsirli bilinib.