RU

İslamabadda “Şuşa 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda seminar keçirilib

Azərbaycanın İslamabaddakı səfirliyi Pakistan Müsəlmanları İnstitutu ilə birgə “Şuşa – 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı: müsəlman dünyasının zəngin irsinin sübutu” mövzusunda seminar təşkil edib.

Bu barədə "Far.Az"a Pakistan Müsəlman İnstitutundan məlumat verilib.

Tədbir İslamabaddakı Pakistan Milli Kitabxanasında baş tutub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Müsəlmanları İnstitutunun direktoru Sultan Əhməd Əli, Özbəkistanın Pakistandakı səfiri Əlişir Tuxtayev və digər diplomatlar tədbirdə çıxış ediblər.

Onlar xatırladıblar ki, İSESKO Şuşanı 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edib. Bu mötəbər titul Şuşanın mədəni əhəmiyyətini və müsəlman dünyasının zəngin irsinə mühüm töhfəsini əks etdirir.

Tədbir iştirakçıları İslam irsinin qorunub saxlanmasının və müsəlman ölkələri arasında mədəni mübadilənin təşviqinin vacibliyinə diqqət çəkiblər.

Həmçinin Şuşanın gələcək nəsillər üçün ilham mənbəyi, regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqi amili kimi mühüm potensiala malik olduğu vurğulanıb.


Избранный
37
far.az

1Источники