Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdül Fəttah əs-Sisi ilə görüşüb.
Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, liderlər D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər.
Son Yazılar:
- Türkiyə və Misir qarşılıqlı ticarət həcminin artırılmasını razılaşdırıblar
- Əli Əsədov Misirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ETDİ
- İsmayıllıda gənc oğlanın meyiti AŞKARLANDI
Türkyə lideri deyib ki, ölkəsi Misirlə müdafiə sənayesi, enerji, infrastuktur kimi bir çox sahədə əməkdaşlığı davam etdirməyə, həmçinin 15 milyard dollarlıq ticarət həcminə çatmağa səy göstərəcək.
O, həmçinin Suriyanın siyasi birliyi və ərazi bütövlüyünə əhəmiyyət verdiyini bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyə Suriyanın bərpası üçün çalışmağa davam edəcək.
Bundan başqa, Türkiyə Prezidenti Qəzzada davamlı atəşkəsin ən qısa zamanda təmin olunmasının, humanitar yardımların bölgəyə müntəzəm çatdırılması üçün Ankara ilə Qahirə arasında əməkdaşlığın aran templə davam etməsinin əhəmiyyətini diqqətə çatdırıb.