Ordu.az xəbər verir ki, bunu "ArmenPress"ə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.
"Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissəsində üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməsini istisna edən müddəanın təşviqini təklif edirik. Çünki delimitasiya hesabına bu ərazilərdə eskalasiya riski əhəmiyyətli dərəcədə azalır", - hökümət başçısı vurğulayıb.
Paşinyan sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qaldırılmış qarşılıqlı iddiaların geri götürülməsini məntiqli addım adlandırıb.