Bir çox hallarda yüksək prestijli vəzifələrə xarici universitet məzunlarının götürülməsi müşahidə olunur. İşəgötürənlər əsasən xaricdə təhsil almış məzunlara üstünlük verirlər. Bu da əlbəttə ki, narazılıqlara, şikayətlərə gətirib, çıxarır. Əmək bazarında xarici məzunlara önəm verilməsinin səbəbi nədir? Onların təhsili bizdəkindən nəyi ilə fərqlənir? TehsilForumu.AzAzEdu.az-a istinadla bildirir ki, mövzu ilə bağlı təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib ki, xarici təhsil sistemi Azərbaycandakından üstündür: “Prestijli təcrübə proqramları, bizim təhsil sistemimizdən fərqli olaraq real biliklərə əsaslanır. Tanınmış brend şirkətlərdə keçirilən həqiqi təcrübələr, həmçinin xarici universitetlərin daha müasir tədris metodikaları tələbələrə ən yeni bilikləri qazandırır. Çox istəyərdik ki, bu metodlar bizim universitetlərimizdə də tətbiq olunsun. Respublikamızda yalnız bir neçə universiteti istisna etmək şərtilə, digər müəssisələrdə təhsil səviyyəsi çox aşağıdır. Tələbələr çox vaxt təcrübəyə önəm vermirlər, universitetlər isə onlara təcrübə keçməkdə mane olmurlar. Nəticədə məzunlar şikayət edirlər ki, yerli universitetləri bitirənlər iş tapa bilmir. Lakin bu məsələnin səbəbi əvvəlcə tələbələrin özlərindədir. Tələbələr təhsillərinə ciddi yanaşmalı, özlərini sübut etməlidirlər. Sonra isə iş imkanları haqqında düşünmək olar. Bəli, bunun üçün müəyyən bir zaman tələb olunur, amma hər şeyin başlanğıcı bir yerdən olmalıdır”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта