“Leççe”nin futbolçusu Andi Pelmar əsas komandadan uzaqlaşdırılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Andi sərxoş halda avtomobil idarə etdiyi və yol hərəkəti qaydalarını pozduğu üçün bu cəzaya məruz qalıb.
“Leççe” A Seriyasında 16 xalla 14-cü sıradadır.