RU

Britaniya hərbçiləri Ukraynada görünsələr, rusların hədəfinə çevriləcəklər -"The Times"

Britaniya hərbi təlimatçıları ukraynalı hərbçilərə təlim keçmək üçün Ukraynaya gəlsələr, Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevriləcəklər. Bu barədə “The Times” qəzeti Qərb rəsmilərinə istinadən yazıb.

“Təlimlər cəbhəyə nə qədər yaxın olarsa, bir o qədər effektli olarlar. Amma rusların Qərbin Ukrayna daxilində istənilən yardımını izləyəcəyini söyləmək daha ədalətli olar”, - qəzetin mənbəsi bildirib. Yəni, Britaniya hərbçiləri Ukraynada görünsələr, Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevriləcəklər

Məqalədə xatırladılıb ki, bir gün əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Heli Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçmək üçün Ukraynaya hərbi təlimatçıların göndərilməsinə icazə verib.

Qəzetin yazdığına görə, bu məsələ 2023-cü ilin payızında Britaniya Quru Qoşunlarının Baş Qərargah rəisi, general Patrik Sanders təlimatçılar göndərməkdə israrlı olmasından sonra gündəmə gətirilib. Lakin Müdafiə Qərargahının rəisi Entoni Radakin buna qarşı çıxıb. O, o vaxtkı müdafiə naziri Qrant Şapsı təklifi rədd etməyə çağırıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Избранный
25
40
news365.az

10Источники