RU

Nazir müavini vətəndaşların müraciətlərini dinləyəcək

Dekabrın 24-də iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Xızı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya bildirilib ki, qəbul saat 11:00-dan etibarən Xızı şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında, Xızı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Избранный
3
3
sia.az

9Источники