RU

Arvadına narkotik verdi, 50 kişi ilə təcavüz etdi

Arvadına narkotik verdi, 50 kişi ilə təcavüz etdi

Fransada 72 yaşlı Dominik Peliko həyat yoldaşına 10 il narkotik maddə içdirdiyinə və digər kişilərlə birlikdə qadına cinsi təcavüz etdiyinə görə məhkum edilib.

Qlobal.net xəbər verir ki, təqaüdçü 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, məhkəmə Pelikonun arvadını zorlamaq məqsədilə evinə dəvət etdiyi daha 50 kişini təqsirli bilib.

Qeyd edildiyi kimi, uzun müddət sui-istifadə və yuxu həbləri dövründə Giselle Pelikonun səhhəti pisləşib, yaddaş itkisi yaranıb və saçları tökülməyə başlayıb.

Məlumata görə, 2020-ci ilin sentyabrında Peliko qızların ətəklərinin altında şəkil çəkdirməyə cəhd etdiyi üçün saxlanılıb. Onun avadanlıqlarını müsadirə edəndən sonra hüquq-mühafizə orqanları Pelikonun həyat yoldaşının zorlanmasının videosunu aşkar ediblər. (lent.az)

Избранный
8
qlobal.net

1Источники