RU

Moskva müftisi Rusiyada çoxarvadlılığa icazə verir

“Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin (MRİ) üləmalar şurası (alim və ilahiyyatçılar) kişinin bütün arvadlarla ədalətli və bərabər rəftar etməsi şərti ilə Rusiyada müsəlmanlara dördə qədər dini nikah bağlamasına icazə verib”.

Bunu sözügedən şuranın üzvü və MRİ-nin sədr müavini, Moskva müftisi İldar Alyautdinov bildirib.
“Rusiya Federasiyasının müsəlman icmasında çoxarvadlılıq məsələsi” adlı fətva (teoloji nəticə) verən şuranın genişləndirilmiş iclası bir gün əvvəl baş tutub.
“Kişinin eyni vaxtda ikinci, üçüncü, hətta dördüncü dini nikaha daxil olması ehtimalı ilə bağlı qərar qəbul edilib. Həyat yoldaşının sağlamlığına görə, reproduktiv yaşının bitməsinə və ya digər obyektiv səbəblərə, məsələn, həyat yoldaşının cinsi uyğunsuzluğuna görə uşaq dünyaya gətirmək qabiliyyətinə malik olmadıqda buna icazə verilir. Arvadın uşaq dünyaya gətirmək istəməməsi kimi faktlar da nəzərə alınır”, - Alyautdinov bildirib.
Dini lider bildirib ki, çoxarvadlılığın icazəli olmasının əsas şərti ərin bütün arvadlara ədalətli və bərabər münasibət bəsləməsidir.
“Bu, bütün arvadların bərabər maddi təminatında, onların hər birinin ayrıca mənzillə təmin olunmasında, ərin bütün həyat yoldaşları ilə razılaşma ilə müəyyən edilmiş qaydada bərabər vaxt keçirməsində özünü göstərir. Əgər bu şərtlər yerinə yetirilməsə, o zaman kişinin çoxarvadlı nikahına girməsinə icazə verilmir”, - deyə müfti əlavə edib.
Müfti deyib ki, evli kişi başqa bir qadınla evlənmək niyyətini köhnə arvadlarına da bildirməlidir.
“Arvadın varlığını gizlətmək yolverilməzdir. Əgər ona (ikinci, üçüncü, dördüncü arvada) bu barədə məlumat verilməyibsə və buna dözməyə hazır deyilsə, o zaman nikahının kəsilməsini tələb etmək hüququ var” - Alyautdinov. əlavə etdi.
Alyautdinov izah edib ki, qanun yalnız bir nikahın dövlət qeydiyyatı şöbəsində xüsusi şəhadətnamə verilməklə bağlandığını tanıyır, lakin dini nikahlarda çoxarvadlı ailələrin faktiki mövcud olduğu üçün onlarda qadınların hüquqlarının təmin edilməsi lazımdır.
“Yalnız dini nikahda olan qadının hüquqları qanunla təmin olunmur. Bizim teoloji qənaətimiz ona hüquqlarını qorumaq üçün lazımi tədbirlər görməyə kömək edəcək”, - deyə müfti yekunlaşdırıb.
Избранный
7
1
yenilik.az

2Источники