Vətəndaşlar tərəfindən EXPARGO karqo şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, vətəndaş iddia edir ki, dekabrın 3-ü tarixində xarici anbara daxil olan məhsul 17 gün keçməsinə baxmayaraq hələ də çatdırılmayıb.
Referans.az xəbər verir ki, əlavə olaraq bağlama ilə bağlı ayın 9-u yoldadır, 12-si çeşidləmədədir yazılıb. Dekabrın 17-si isə məhsulun yolda olduğu hərəkət siyahısında qeyd olunub. Şikayətlərdən sonra 18-i tarixində yenidən məhsulun çeşidləmədə olduğu bildirilib. Bütün bunlara baxmayaraq hələ də bağlamadan heç bir xəbər yoxdur.