RU

Hakan Fidan Suriyaya gedir: "Yeni administrasiya tək buraxılmayacaq"

Xarici işlər naziri Hakan Fidan tezliklə Suriyaya səfər edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan D-8 Zirvəsi çərçivəsində Misirə səfərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamalar verib.

Ərdoğan bildirib ki, Suriyaya humanitar yardımlar davam edir: "Türkiyə olaraq Suriyaya yeni dövr üçün humanitar yardım baxımından çoxlu töhfələr verdik. İndi bu inqilabdan sonra humanitar yardımlarımız davam edir və edəcək. Suriyadakı yeni administrasiyanın xüsusilə ehtiyac duyduğu bir çox element var. Onlar xüsusən İŞİD və PKK/YPG ilə mübarizədə heç vaxt tək qalmamalıdırlar. Biz nə lazımdırsa edəcəyik. İnşallah, xarici işlər nazirimiz Hakan Fidan bu yaxınlarda oraya səfər edəəck, nə lazımdırsa, müzakirə edəcəklər"

Lamiyə Əhmədli
MİA.AZ

Избранный
8
mia.az

1Источники