RU

ABŞ 12 il sonra ilk dəfə Dəməşqə heyət göndərir


Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ABŞ dövlət katibinin Yaxın Şərq siyasəti üzrə müavini Barbara Leaf  3 nəfərliki nümayəndə heyəti ilə paytaxt Dəməşqə gedib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ heyəti Suriyada nəzarəti ələ keçirən müxalifət ilə görüş keçirib.
Danışıqlar çərçivəsində ölkədə gələcək humanitar məsələlər müzakirə edilib və ABŞ-ın Suriyaya dəstəyi vurğulanıb.
Qeyd edək ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra müxtəlif ölkələrin nümayəndələri yeni administrasiya ilə münasibətləri düzəltməyə çalışır.
 
Cəmalə
Избранный
8
27
azxeber.com

10Источники