RU

Prezident İlham Əliyev Dövlət İnvestisiya Proqramının tərtibi və qiymətləndirilməsi ilə bağlı yeni qaydaları təsdiqlədi

Bakı. Trend:

Prezident İlham Əliyev Dövlət investisiya proqramının tərtibi,icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətintəkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərintənzimlənməsi haqqında fərman imzalayıb.

Trend xəbərverir ki, fərman dövlət investisiya xərclərinin səmərəliliyininartırılması, dövlət investisiya proqramının tərtibi, icrası,monitorinqi və qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsiməqsədilə imzalanıb.

Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramınıntərtibi, icrası, monitorinqi və qiymətləndirilməsiqaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasında Dövlət İnvestisiyaProqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsinintəşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

1.2. Bu Qaydaların 2-ci (2.1 – 2.4-cü, 2.14-cü, 2.17-ci və2.18-ci bəndlər istisna olmaqla), 3 – 5-ci, 7-ci və 8-ci hissələrimüdafiə, təhlükəsizlik və hərbi təyinatlı investisiya layihələrinəşamil edilmir.

1.3. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan tədbirlərinicrasının əlaqələndirilməsini və onların yerinə yetirilməsinənəzarəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundansonra – İqtisadiyyat Nazirliyi) həyata keçirir.

1.4. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsasanlayışlar aşağıdakı mənaları ifadə edir:

1.4.1. Dövlət İnvestisiya Proqramı (bundan sonra – Proqram) –ortamüddətli dövr üçün dövlət büdcəsinin dövlət əsaslı vəsaitqoyuluşu (investisiya xərcləri) və bu Qaydalarda nəzərdə tutulandigər mənbələr hesabına investisiya xərclərinin istiqamətlərini,müddətini, həcmini, sifarişçi təşkilatları və sifarişçi təşkilatlarüzrə investisiya layihələrinin adlı siyahısını müəyyən edənsənəd;

1.4.2. sifarişçi təşkilatların investisiya proqramları – keçidinvestisiya layihələrinin, həmçinin layihə konsepsiya sənədiəsasında İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy verilərəkprioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilənyeni investisiya layihələrinin məcmusu;

1.4.3. investisiya xərcləri – Proqrama uyğun olaraq sifarişçitəşkilatların aktivlərinin artırılması (tikintisi, əsaslı təmiri,bərpası, yenidən qurulması, avadanlıq və inventarla təchizatı,proqram təminatının yaradılması və s.) üçün nəzərdə tutulanxərclər;

1.4.4. investisiya layihəsi – qarşıya qoyulmuş ümumi məqsədəçatmaq üçün yeni aktivlərin yaradılmasına, mövcud aktivlərin əsaslıtəmirinə, bərpasına, yenidən qurulmasına, habelə avadanlıq,inventar və maşın-mexanizmin təchizatına yönəldilmiş və müəyyənedilmiş müddət ərzində görüləcək işlərin təsviri;

1.4.5. ilkin rəy – iri investisiya layihələri üzrə hazırlanmışlayihə konsepsiya sənədinə dair İqtisadiyyat Nazirliyinin rəyi;

1.4.6. aralıq rəy – ilkin texniki-iqtisadi əsaslandırma sənədinədair İqtisadiyyat Nazirliyinin yekun təsdiqi bildirməyən rəyi;

1.4.7. yekun rəy – investisiya layihəsinin ölkəninsosial-iqtisadi inkişaf konsepsiyasına, strategiyasına və dövlətproqramlarına uyğunluğu, iqtisadi və sosial əhəmiyyəti baxımındanicrasının məqsədəuyğunluğu barədə İqtisadiyyat Nazirliyininrəyi;

1.4.8. prioritet dövlət investisiya layihələrinin siyahısı –sifarişçi təşkilatın hazırlayıb İqtisadiyyat Nazirliyinə təqdimetdiyi və İqtisadiyyat Nazirliyi tərəfindən barəsində müsbət rəyverilən investisiya layihələrinin məcmusu;

1.4.9. sifarişçi təşkilat – dövlət orqanları, büdcədənkənardövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər,paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqişəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri);

1.4.10. investisiya layihəsinin icraçısı (podratçısı) – müəyyənedilmiş müddətdə və maliyyə vəsaiti çərçivəsində investisiyalayihəsinin həyata keçirilməsi məqsədilə sifarişçi təşkilattərəfindən normativ hüquqi aktlara uyğun olaraq satınalma yolu iləcəlb edilmiş hüquqi və ya fiziki şəxs;

1.4.11. investisiya layihəsinin icrasının monitorinqi –investisiya layihəsinin həyata keçirilməsinin yoxlanılması,investisiya obyektinə baxış keçirilməsi, investisiya layihəsininicrası barədə məlumatların toplanılması, təhlili və işlərin layihəbüdcəsinə və icra qrafikinə uyğunluğunun yoxlanılması;

1.4.12. investisiya layihəsinin nəticələrinin qiymətləndirilməsi– investisiya layihəsinin icrasının tamamlanmasından və investisiyaobyektinin istismara verilməsindən azı 6 (altı) ay keçdikdən sonraonun icrasının nəticələrinin və təsirinin müəyyən edilməsi;

1.4.13. layihə konsepsiya sənədi – təklif edilən yeniinvestisiya layihələrinin göstəriciləri barədə məlumatları özündəəks etdirən sənəd;

1.4.14. texniki-iqtisadi əsaslandırma – investisiya layihəsinintexniki, iqtisadi və maliyyə cəhətdən həyata keçirilməsininməqsədəuyğunluğunun qiymətləndirilməsini, o cümlədən GZİT (güclütərəflər, zəif tərəflər, imkanlar, təhlükələr) təhlilini, risklərinqiymətləndirilməsini, hüquqi və ekoloji aspektləri özündə əksetdirən sənəd;

1.4.15. investor – investisiya fəaliyyətini həyata keçirənAzərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikasınınhüquqi şəxsi, həmçinin əcnəbilər, vətəndaşlığı olmayan şəxslər,xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri,beynəlxalq təşkilatlar;

1.4.16. keçid investisiya layihələri – Proqram çərçivəsində icraolunan, lakin icrası bir büdcə ilindən artıq müddəti əhatə edəninvestisiya təklifləri;

1.4.17. yeni investisiya layihələri – sifarişçi təşkilatlartərəfindən bu Qaydaların 3-cü hissəsinin tələblərinə əsasənhazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim olunan investisiyatəklifləri;

1.4.18. investisiya layihəsinin icrası – investisiya layihəsininmaliyyələşdirilməsi ilə onun tamamlanması arasındakı müddət(texniki-iqtisadi əsaslandırmanın, layihə-smeta sənədlərininhazırlanması və bütün digər hazırlıq tədbirlərinin görülməsimüddətləri istisna olmaqla) və tədbirlər;

1.4.19. icra planı – layihənin icrasına yönəlmiş ardıcıltapşırıqları, məsuliyyəti, resursları və vaxt qrafiklərini əksetdirən sənəd;

1.4.20. investisiya layihələrinin qiymətləndirilməsi – sifarişçitəşkilatlar tərəfindən təqdim edilmiş layihə konsepsiya sənədinin,ilkin texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadiəsaslandırma sənədlərinin təhlili;

1.4.21. layihə-smeta sənədləri – şəhərsalma və tikinti normativsənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi(inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) iləbağlı hazırlanmış, habelə tikintiyə sərf ediləcək maliyyəxərclərinin əks olunduğu sənədlər;

1.4.22. Proqramın rasionallaşdırılması – dövlət vəsaitindənsəmərəli və qənaətlə istifadəni təmin etmək məqsədilə Proqramadaxil edilən investisiya layihələrinin təhlili nəticəsindəProqramın optimallaşdırılması prosesi.

1.5. Bu Qaydalarda istifadə olunan digər anlayışlar AzərbaycanRespublikasının normativ hüquqi aktları ilə müəyyən edilmişmənaları ifadə edir.

2. Proqramın tərtibi və icrası

2.1. Proqramın layihəsi ortamüddətli sosial-iqtisadi inkişafkonsepsiyaları, strategiyaları və dövlət proqramları əsasındainvestisiya siyasətinin başlıca istiqamətləri və prioritetləri,eləcə də Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyiprioritetlər (layihələr) nəzərə alınmaqla İqtisadiyyat Nazirliyitərəfindən tərtib edilir.

2.2. Proqram bu Qaydalara əsasən prioritet dövlət investisiyalayihələrinin siyahısına daxil edilən investisiya layihələrindən vəAzərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Proqramadaxil edilmiş layihələrdən, o cümlədən müdafiə, təhlükəsizlik vəhərbi təyinatlı investisiya layihələrindən formalaşdırılır.

2.3. Proqram aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

2.3.1. dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu(investisiya xərcləri);

2.3.2. birgə maliyyələşdirmə;

2.3.3. qrantlar.

2.4. Proqrama daxil edilmiş layihələrin birgəmaliyyələşdirilməsi üçün bu Qaydaların 2.3.1-ci və (və ya) 2.3.3-cüyarımbəndlərində nəzərdə tutulmuş mənbə ilə yanaşı cəlb olunanvəsaitlər aşağıdakılardır:

2.4.1. dövlət zəmanəti ilə dövlət tərəfindən cəlb edilən borcvəsaiti;

2.4.2. dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən dövlətzəmanəti olmadan cəlb edilən borc vəsaiti;

2.4.3. büdcədənkənar dövlət fondlarının investisiyaxərcləri;

2.4.4. dövlət büdcəsinin məqsədli büdcə fondlarının vəsaiti;

2.4.5. səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsusolan hüquqi şəxslərin vəsaiti;

2.4.6. dövlət adından yaradılan publik hüquqi şəxslərinvəsaiti;

2.4.7. büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənarvəsaiti;

2.4.8. dövlət–özəl tərəfdaşlığı çərçivəsində icra edilənlayihələrdə özəl tərəfdaş və kreditorlar tərəfindən təmin edilənvəsait;

2.4.9. Naxçıvan Muxtar Respublikasının büdcəsi;

2.4.10. dövlət büdcəsinin ehtiyat fondları;

2.4.11. dövlət büdcəsinin bölüşdürülməmiş xərcləri;

2.4.12. qanunla qadağan olunmayan digər mənbələr.

2.5. Proqramın tərtib olunması məqsədilə sifarişçi təşkilatlar,İqtisadiyyat Nazirliyinin müraciətinə əsasən, keçid investisiyalayihələrini və layihə konsepsiya sənədi müsbət qiymətləndirilərəkprioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilənyeni investisiya layihələrini, habelə bu Qaydaların 2.7-ci bəndiilə müəyyən edilmiş tələblərə uyğun olaraq ortamüddətli dövr üçüninvestisiya proqramlarının ilkin layihəsini hər il fevralın 20-dək(paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan vəMüşahidə Şurası mövcud olan hüquqi şəxslər Müşahidə Şurasınınmüvafiq qərarı ilə birlikdə) İqtisadiyyat Nazirliyinə təqdimedirlər.

2.6. Sifarişçi təşkilatların investisiya proqramları AzərbaycanRespublikası Prezidentinin müəyyən etdiyi sahələrin sektorlar üzrəstrateji planları nəzərə alınaraq tərtib olunur.

2.7. Sifarişçi təşkilatlar investisiya proqramlarında təklifolunan investisiya layihələrinin Proqrama daxil edilməsi üçünaşağıdakı sənədləri və məlumatları İqtisadiyyat Nazirliyinə təqdimedirlər:

2.7.1. investisiya layihələri üzrə növbəti büdcə ili və layihətamamlanana qədər sonrakı illər üçün pul vəsaiti axınınınproqnozunu;

2.7.2. keçid investisiya layihələri üzrə bağlanılmışmüqavilələrin surətini;

2.7.3. növbəti ildə başlanılması təklif olunan yeni investisiyalayihələrinin dövlət ekspertizasından keçirilmiş və təsdiq edilmişlayihə-smeta sənədlərini;

2.7.4. növbəti ildən sonrakı üç il müddətində başlanılmasıtəklif olunan yeni investisiya layihələri üçün texniki-iqtisadiəsaslandırmaları, habelə dövlət ekspertizasından keçirilmiş vətəsdiq edilmiş layihə-smeta sənədlərini;

2.7.5. hər bir investisiya layihəsinin maliyyələşdirilməmənbələri (bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində nəzərdətutulan mənbələr dəqiq göstərilməklə) barədə məlumatları;

2.7.6. İqtisadiyyat Nazirliyinin sorğusuna əsasən, investisiyalayihələrinin xüsusiyyətlərindən asılı olaraq investisiyalayihəsinə dair digər məlumatları.

2.8. İnvestisiya layihələrinə dair bu Qaydaların 2.7-ci bəndindənəzərdə tutulan sənədlər və məlumatlar təqdim olunmadığı təqdirdə,həmin investisiya layihələri Proqrama daxil edilmir.

2.9. İqtisadiyyat Nazirliyi sifarişçi təşkilatların investisiyatəkliflərinə əsasən, hər ortamüddətli dövr üçün dövlət büdcəsindədövlət investisiya xərcləri üçün tələb olunan vəsaitin həcmi barədəcari il martın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə(bundan sonra – Maliyyə Nazirliyi) sorğu göndərir.

2.10. Maliyyə Nazirliyi hər ortamüddətli dövr üçün dövlətbüdcəsində dövlət investisiya xərclərinin ilkin ortamüddətligöstəricilərini cari il martın 31-dək, dəqiqləşdirilmiş məbləğiniisə iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.

2.11. Maliyyə Nazirliyinin təqdim etdiyi investisiya xərclərininməbləğinə uyğun olaraq, İqtisadiyyat Nazirliyi keçid və yeniinvestisiya layihələri, habelə sifarişçi təşkilatların investisiyaproqramları əsasında ortamüddətli dövr üçün Proqramın müvafiqistiqamətlər üzrə ilkin layihəsini cari il aprelin 5-dək AzərbaycanRespublikasının İqtisadi Şurasına, aprelin 15-dək AzərbaycanRespublikasının Nazirlər Kabinetinə (bundan sonra – NazirlərKabineti), müvafiq istiqamətlər üzrə dəqiqləşdirilmiş layihəsinidövlət büdcəsinə uyğunlaşdırmaq məqsədilə avqustun 1-dək MaliyyəNazirliyinə, növbəti il üçün dövlət büdcəsinin layihəsinə dairrəyin hazırlanması məqsədilə sentyabrın 15-dək AzərbaycanRespublikasının Hesablama Palatasına (bundan sonra – HesablamaPalatası) təqdim edir.

2.12. Sifarişçi təşkilatlar İqtisadiyyat Nazirliyi tərəfindən buQaydalara uyğun olaraq müsbət yekun rəy verilmiş investisiyalayihələri əsasında növbəti ilin dəqiqləşdirilmiş investisiyaproqramının layihəsini, o cümlədən Azərbaycan İnvestisiyaHoldinqinin və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqininidarəetməsinə verilmiş dövlət qurumlarının növbəti il üçün həminholdinqlərin müşahidə şuralarının qərarlarında dövlət əsaslı vəsaitqoyuluşu (investisiya xərclər) hesabına maliyyələşdirilməsi nəzərdətutulmuş investisiya proqramlarının (investisiya layihələrinin)dəqiqləşdirilmiş layihəsini (qərarla birlikdə) cari il dekabrın1-dək İqtisadiyyat Nazirliyinə təqdim edir. Bu tarixdən sonratəqdim edilən təkliflərə baxılmır.

2.13. İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi tərəfindəncari il dekabrın 25-dək dövlət investisiya proqramına daxil edilmişvə maliyyələşdirilməsi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşuxərclərindən həyata keçirilən layihələrin icra vəziyyətinəbaxılır.

2.14. İqtisadiyyat Nazirliyi hər il dekabrın 25-dək Proqramadaxil edilmiş keçid investisiya layihələrinin icra vəziyyəti vəyeni investisiya layihələrinin qiymətləndirilməsi nəticələri nəzərəalınmaqla və Azərbaycan Respublikası Prezidentinin tapşırığınaəsasən Proqrama daxil edilmiş layihələr, o cümlədən müdafiə,təhlükəsizlik və hərbi təyinatlı investisiya layihələri də daxilolmaqla, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsaitqoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitinbölgüsünün layihəsini hazırlayır və təsdiq edilmək üçün hər ilyanvarın 10-dək Azərbaycan Respublikasının Prezidentinə təqdimedir.

2.15. Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu(investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsütəsdiq edildikdən sonra sifarişçi təşkilatlar 10 (on) günmüddətində, bu Qaydaların 2.3-cü və 2.4-cü bəndlərində göstərilənmənbələr də nəzərə alınmaqla, büdcə ili üçün investisiya layihələriüzrə icra planını İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi formayauyğun olaraq təsdiqləyib İqtisadiyyat Nazirliyinə təqdimedirlər.

2.16. Proqrama daxil edilən investisiya layihələrinin icrası buQaydaların 2.3-cü və 2.4-cü bəndlərində göstərilmiş maliyyələşməmənbələri üzrə hər il üçün ayrılan vəsait hesabına və sifarişçitəşkilatlar tərəfindən hər il üzrə təsdiq edilən icra planınaəsasən təmin olunur.

2.17. Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu(investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsütəsdiq edildikdən sonra Maliyyə Nazirliyi həmin bölgüdə göstəriləninvestisiya layihələri üzrə nəzərdə tutulan vəsaitin ayrılmasınıtəmin edir və investisiya layihələrinin maliyyələşməsinə dair aylıqməlumatları növbəti ayın 5-dək İqtisadiyyat Nazirliyinə təqdimedir.

2.18. Cari ilin dövlət büdcəsində dəyişiklik edilməsi iləəlaqədar dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçünəlavə vəsait nəzərdə tutularsa, cari ilin təsdiq olunmuş bölgüsündədə müvafiq dəyişiklik edilir və İqtisadiyyat Nazirliyi tərəfindənistiqamətlər üzrə bölgü 10 (on) iş günü müddətində HesablamaPalatasına təqdim edilir.

3. İnvestisiya layihələrinin tərtibi və qiymətləndirilməsi

3.1. İnvestisiya layihələri üzrə təkliflər sifarişçi təşkilatlartərəfindən ölkənin ümumi sosial-iqtisadi inkişaf konsepsiyalarına,strategiyalarına və dövlət proqramlarına, habelə AzərbaycanRespublikası Prezidentinin müəyyən etdiyi prioritetlərə(layihələrə) və sektorlar üzrə strateji planlara uyğun olaraqsəmərəlilik və effektivlik prinsipləri əsasında tərtib edilir.

3.2. İnvestisiya layihələri dəyərinə görə aşağıdakı kimitəsnifləşdirilir:

3.2.1. kiçik investisiya layihələri – dəyəri 30,0 milyon manataqədər olan investisiya layihələri;

3.2.2. orta investisiya layihələri – dəyəri 30,0 milyon manatdan50,0 milyon manata qədər olan investisiya layihələri;

3.2.3. iri investisiya layihələri – dəyəri 50,0 milyon manatdançox olan investisiya layihələri.

3.3. İnvestisiya layihələrinin qiymətləndirilməsi layihəkonsepsiyası, ilkin texniki-iqtisadi əsaslandırma vətexniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması mərhələləriüzrə İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

3.4. Sifarişçi təşkilatlar hər bir yeni investisiya layihəsiüzrə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formayauyğun olaraq layihə konsepsiya sənədini cari il iyulun 1-dəkİqtisadiyyat Nazirliyinə təqdim edirlər.

3.5. Layihə konsepsiya sənədində aşağıdakı məlumatlar əksetdirilir:

3.5.1. sifarişçi təşkilatın adı;

3.5.2. investisiya layihəsinin adı;

3.5.3. investisiya layihəsinin həyata keçiriləcəyi yer;

3.5.4. investisiya layihəsinin məqsədi və əsaslandırılması(layihə üçün tələbat, həlli nəzərdə tutulan konkret problem vəgözlənilən nəticələr);

3.5.5. investisiya layihəsinin ölkənin ümumi sosial-iqtisadiinkişaf konsepsiyalarına, strategiyalarına və dövlət proqramlarına,habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyiprioritetlərə (layihələrə) və sektorlar üzrə strateji planlarauyğunluğu;

3.5.6. layihə məqsədinə çatmaq üçün alternativ variantlar;

3.5.7. investisiya layihəsinin strukturu və layihənin icrasınacəlb edilməsi proqnozlaşdırılan işçi sayı;

3.5.8. investisiya layihəsinin icra müddəti;

3.5.9. investisiya layihəsinin ehtimal olunan dəyəri və ona dairilkin hesablamalar (o cümlədən kiçik və orta investisiyalayihələrinin layihə-smeta sənədlərinin hazırlanmasının, iriinvestisiya layihələri üçün texniki-iqtisadi əsaslandırmasənədlərinin, dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndindəgöstərilən məbləğin 3 mislindən yuxarı olan iri investisiyalayihələri üçün ilkin texniki-iqtisadi əsaslandırma vətexniki-iqtisadi əsaslandırma sənədlərinin, qanunla nəzərdətutulmuş müvafiq razılaşdırmaların və torpaqların dövlətehtiyacları üçün alınması işlərinin ehtimal olunan dəyəri);

3.5.10. investisiya layihəsinin davamlılığının təhlili(aktivlərə sahiblik (balans sahibi), əməliyyat və istismarməsuliyyəti, əməliyyat və istismar xərcləri);

3.5.11. investisiya layihəsi icra olunmadıqda gözlənilənnəticələr;

3.5.12. sosial təsirin qiymətləndirilməsinin tələbolunub-olunmayacağı barədə məlumatlar (kiçik və orta investisiyalayihələri üzrə mövcud olduğu halda həmçinin sosial təsirlər);

3.5.13. investisiya layihəsinin həyata keçirilməsinin ətrafmühitə, o cümlədən iqlim dəyişikliyinə və atmosferə atılan karbonqazının miqdarının azaldılmasına təsiri;

3.5.14. investisiya layihəsinin maliyyələşdirilmə mənbəyi (buQaydaların 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan mənbələrdəqiq göstərilməklə);

3.5.15. investisiya layihəsinin yalnız dövlət büdcəsi vəsaitihesabına maliyyələşdirildiyi halda bunun zəruriliyininəsaslandırılması;

3.5.16. investisiya layihəsinin icrası üçün satınalma və icraplanı;

3.5.17. kənar maliyyələşdirmə nəzərdə tutulduğu halda potensialinvestorlar və maliyyələşdirmə şərtləri haqqında məlumat.

3.6. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş layihəkonsepsiya sənədinə uyğun formada təqdim edilməyən investisiyatəkliflərinə baxılmır.

3.7. Sifarişçi təşkilatın təqdim etdiyi layihə konsepsiya sənədiİqtisadiyyat Nazirliyi tərəfindən 60 (altmış) iş günü müddətindəqiymətləndirilir və qiymətləndirmə nəticəsində sifarişçi təşkilatakiçik və orta investisiya layihələri üzrə yekun rəy, iriinvestisiya layihələri üzrə isə ilkin rəy təqdim edilir.Qiymətləndirmə bu Qaydaların 3.5-ci bəndində qeyd olunan məlumatlarəsasında aparılır.

3.8. Müsbət rəy verilmiş investisiya layihələri prioritet dövlətinvestisiya layihələrinin siyahısına daxil edilir.

3.9. Layihə konsepsiya sənədi əsasında müsbət rəy almışinvestisiya layihələri üzrə sifarişçi təşkilat həmin rəyə əsasəninvestisiya layihələrinin təsnifatından asılı olaraq aşağıdakısənədlərin hazırlanmasını təmin edir (avadanlıq, inventar vəmaşın-mexanizmin təchizatını nəzərdə tutan investisiya layihələriistisna olmaqla):

3.9.1. kiçik və orta investisiya layihələri üzrə layihə-smetasənədləri;

3.9.2. dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilənməbləğin 3 mislindən yuxarı olan iri investisiya layihələri üzrəilkin texniki-iqtisadi əsaslandırma sənədləri və onunqiymətləndirilməsi;

3.9.3. dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilənməbləğin 3 mislinə qədər olan iri investisiya layihələri üzrətexniki-iqtisadi əsaslandırma sənədləri və onunqiymətləndirilməsi.

3.10. Kiçik və orta investisiya layihələrinin layihə-smetasənədləri üzrə təsdiq edilmiş dəyəri bu Qaydaların 3.2.3-cüyarımbəndində göstərilən məbləğdən yuxarı olduğu təqdirdə,İqtisadiyyat Nazirliyi tərəfindən həmin investisiya layihələri üzrətexniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması sifarişçitəşkilatlardan tələb edilir.

3.11. Dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilənməbləğin 3 mislindən yuxarı olan iri investisiya layihələri üzrəsifarişçi təşkilatlar tərəfindən ilkin texniki-iqtisadiəsaslandırma sənədləri hazırlanır və onlara dair İqtisadiyyatNazirliyi tərəfindən müsbət aralıq rəy verildikdən sonra sifarişçitəşkilat texniki-iqtisadi əsaslandırma sənədlərini hazırlayır.

3.12. İlkin texniki-iqtisadi əsaslandırma sənədində aşağıdakıməlumatlar əks olunmalıdır:

3.12.1. investisiya layihəsi üzrə ümumi məlumatlar (layihəninadı, məqsədi, icra edildiyi ərazi və icra müddəti) və layihətələbatının təhlili;

3.12.2. alternativ variantların təhlili;

3.12.3. hər variant üçün investisiya layihəsi üzrə xərclərin vəəldə ediləcək mənfəətin ilkin hesablanması;

3.12.4. hər variant üzrə əsas risklər;

3.12.5. hər variant üzrə ətraf mühitə təsirin ilkinqiymətləndirilməsi;

3.12.6. hər variant üzrə sosial təsirin ilkinqiymətləndirilməsi.

3.13. Texniki-iqtisadi əsaslandırma sənədində aşağıdakıməlumatlar əks olunmalıdır:

3.13.1. investisiya layihəsinin aid olduğu sahədə mövcudvəziyyətin təhlili, mövcud və proqnozlaşdırılan tələbat, daxili vətələb olunduğu halda, xarici bazarlar üzrə aparılan araşdırmalarınnəticələri;

3.13.2. alternativ variantların təhlili (və ya ilkintexniki-iqtisadi əsaslandırmada seçilmiş variantıntəsdiqlənməsi);

3.13.3. müvafiq texniki əsaslandırma, alınacağı təqdirdə“nou-hau” barədə ətraflı məlumat, bağlanılmış niyyətprotokollarının surətləri;

3.13.4. maliyyə mənbələrinin bölgüsü də daxil olmaqla, tələbolunan kapital xərclərinin ətraflı hesablamaları (investisiyalayihəsinin bu Qaydaların 2.4.8-ci yarımbəndində göstərilənmənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulursa, bunutəsdiq edən müvafiq sənədlər);

3.13.5. investisiya layihəsi üçün pul axınlarının hərəkəti(hesablamaları);

3.13.6. mümkün olduğu hallarda mənfəətin kəmiyyət ifadəsindətəsviri (layihənin təsirinə məruz qalan benefisiarların sayı vəfaydanın bölgüsü daxil edilməklə);

3.13.7. gəlir və xərclərin təhlili (iqtisadi və maliyyə təhlili,o cümlədən xalis cari dəyər, daxili rentabellik norması, layihəninözünü ödəmə müddəti);

3.13.8. investisiya layihəsinin davamlılığı (fiskal məsələlər,aktivlərə sahiblik, əməliyyat və istismar məsuliyyəti, əməliyyat vəistismar xərcləri);

3.13.9. iqlim dəyişikliyi də nəzərə alınmaqla ətraf mühitətəsirin qiymətləndirilməsi, o cümlədən investisiya layihəsininiqlimə təsiri və iqlim dəyişikliyinin investisiya layihəsinətəsiri;

3.13.10. sosial təsirin qiymətləndirilməsi;

3.13.11. risklərin ətraflı təhlili;

3.13.12. GZİT (güclü tərəflər, zəif tərəflər, imkanlar,təhlükələr) təhlili.

3.14. İnvestisiya layihələri üzrə ilkin texniki-iqtisadiəsaslandırma, texniki-iqtisadi əsaslandırma və layihə-smetasənədlərinin hazırlanması və dövlət ekspertizası xərcləri buQaydaların 2.3-cü və 2.4-cü bəndlərində qeyd olunan mənbələrhesabına maliyyələşdirilir.

3.15. Hər ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu(investisiya xərcləri) bölgüsündə texniki-iqtisadi əsaslandırma vəlayihə-smeta sənədlərinin hazırlanması, müstəqil ekspertlərin cəlbedilməsi məqsədilə həmin xərclərin 3 faizədək məbləğində əlavəvəsait nəzərdə tutulur və onun bölgüsü İqtisadiyyat Nazirliyinintəklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindəntəsdiq edilir.

3.16. İri investisiya layihələri üzrə yekun rəy texniki-iqtisadiəsaslandırma sənədləri əsasında verilir. Sifarişçi təşkilatlarİqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formanı dolduraraq, müvafiqsənədlərlə (aidiyyəti qurumların verdiyi rəy və tövsiyələr,sifarişçi təşkilat tərəfindən müstəqil qiymətləndirmə aparıldığıtəqdirdə, onun nəticələri) birlikdə İqtisadiyyat Nazirliyinə təqdimedirlər. Təqdim edilmiş formaya uyğun olaraq İqtisadiyyat Nazirliyitərəfindən dəyəri bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilənməbləğin 3 mislindən yuxarı olan iri investisiya layihələri üzrəhazırlanan ilkin texniki-iqtisadi əsaslandırma sənədləriqiymətləndirilərək müsbət aralıq rəy verildikdən sonra sifarişçitəşkilat tərəfindən həmin investisiya layihələrinintexniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır.

3.17. İqtisadiyyat Nazirliyi investisiya layihələrininqiymətləndirilməsini sifarişçi təşkilatlar tərəfindən təqdimedilmiş layihə konsepsiya sənədləri, ilkin texniki-iqtisadiəsaslandırma, texniki-iqtisadi əsaslandırma sənədləri (buQaydaların 3.4-cü və 3.16-cı bəndləri ilə müəyyən edilmiş formalarvə digər layihə sənədləri) əsasında həyata keçirir.

3.18. İri investisiya layihələrinin qiymətləndirilməsi üçünİqtisadiyyat Nazirliyi tərəfindən müstəqil ekspertlər cəlb ediləbilər.

3.19. İnvestisiya layihəsi təkliflərinin məqsədəuyğunluğu buQaydaların 3.16-cı və 3.17-ci bəndlərində nəzərdə tutulanqiymətləndirmələrin nəticələrinə əsasən İqtisadiyyat Nazirliyitərəfindən müəyyən edilir.

3.20. İnvestisiya layihələri prioritet dövlət investisiyalayihələri siyahısından aşağıdakı hallarda çıxarılır:

3.20.1. İqtisadiyyat Nazirliyi tərəfindən investisiyalayihəsinin qiymətləndirilməsinin bu Qaydaların 3.3-cü bəndindənəzərdə tutulan hər hansı mərhələsində mənfi rəy verildikdə vəhəmin mənfi rəyin nəticələrini aradan qaldırmaq mümkünolmadıqda;

3.20.2. investisiya layihəsinin icrası tamamlandıqda;

3.20.3. investisiya layihəsi digər maliyyə mənbəyi hesabınamaliyyələşdirildikdə;

3.20.4. sifarişçi təşkilatın əsaslandırılmış təklifiəsasında;

3.20.5. bu Qaydaların 7-ci hissəsinə əsasən keçirilənmonitorinqlərin nəticələrinə uyğun olaraq investisiya layihəsininicrasının davam etdirilməməsi haqqında qərar qəbul edildikdə;

3.20.6. bu Qaydaların 8-ci hissəsinə uyğun olan rasionallaşdırmaproseduru nəticəsində.

3.21. Prioritet dövlət investisiya layihələrinin siyahısındaolan investisiya layihələrinin maliyyələşdirilməsi üçün vəsaitayrılmadıqda investisiya layihəsi prioritet dövlət investisiyalayihələrinin siyahısında saxlanılır və vəsait ayrılması məsələsinənövbəti bölgü prosesləri zamanı baxılır.

4. İnvestisiya layihələrinin reytinqinin müəyyən edilməsi vəprioritetləşdirilməsi

4.1. Bu Qaydaların 3.9-cu və 3.16-cı bəndlərinə uyğun olaraqmüsbət yekun rəy alan investisiya layihələri üçün reytinqin müəyyənedilməsi və bunun əsasında prioritetləşdirmə proseduru tətbiqedilir.
4.2. İnvestisiya layihələrinin reytinqi bu Qaydaların 4.4-cübəndində göstərilən meyarlar və onların nisbi çəkisi əsasındamüəyyən edilir.

4.3. İnvestisiya layihələrinin reytinqinin müəyyən edilməsi vəbunun əsasında prioritetləşdirilməsi İqtisadiyyat Nazirliyitərəfindən ölkənin investisiya siyasətinin əsas istiqamətləri vəprioritetləri nəzərə alınmaqla həyata keçirilir.

4.4. İnvestisiya layihələrinin reytinqi aşağıdakı meyarlarəsasında müəyyən edilir:

4.4.1. investisiya layihələrinin əhəmiyyəti və ölkənin stratejisənədlərlə müəyyən edilmiş dayanıqlı sosial-inkişaf məqsədlərinə,istiqamətlərinə və prioritetlərinə, eləcə də AzərbaycanRespublikası Prezidentinin müəyyən etdiyi prioritetlərəuyğunluğu;

4.4.2. investisiya layihələrinin icrasından gözlənilən sosial vəiqtisadi təsir;

4.4.3. yaradılan yeni iş yerlərinin sayı və növü;

4.4.4. faydanın bölgüsü;

4.4.5. sifarişçi təşkilat tərəfindən müəyyən edilmişprioritetlər;

4.4.6. investisiya layihəsinin ölkənin tədiyə balansınatəsiri;

4.4.7. sifarişçi təşkilat tərəfindən əlavə maliyyələşdirməmənbələrinin cəlb edilməsi.

4.5. İnvestisiya layihələri bu Qaydaların 4.4-cü bəndinə uyğunolaraq müəyyən edilmiş reytinqlər əsasında prioritetləşdirilir. Buzaman ən yüksək reytinqli investisiya layihəsi ən yüksəkprioritetli investisiya layihəsi hesab olunur.

5. İcradan əvvəlki son nəzarət proseduru

5.1. Növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsaitqoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitinbölgüsü layihəsinə daxil edilməsi məqsədilə investisiyalayihələrinin reytinqinin müəyyənləşdirilməsi və bunun nəticəsindəprioritetləşdirilməsi prosedurundan sonra investisiya layihələrininicraya tam hazırlığının müəyyən edilməsi üçün İqtisadiyyatNazirliyi tərəfindən son nəzarət proseduru həyata keçirilir.

5.2. Son nəzarət proseduru İqtisadiyyat Nazirliyinin təsdiqetdiyi formada əks olunan məlumatlar (investisiya layihəsinə dairbu Qaydalarda nəzərdə tutulmuş məlumatlarla yanaşı, investisiyalayihəsinin icrasında ləngimələrə və ya artıq xərclərə səbəb olabiləcək bütün amillər barədə məlumatlar da daxil olmaqla) əsasındaaparılır.

5.3. Sifarişçi təşkilatlar investisiya layihələri üzrə buQaydaların 5.2-ci bəndində nəzərdə tutulan formanı dolduraraqİqtisadiyyat Nazirliyinə təqdim edirlər. Forma üzrə təqdim edilənməlumatlar əsasında İqtisadiyyat Nazirliyi tərəfindən 10 (on) işgünü müddətində icradan əvvəlki son nəzarət proseduru həyatakeçirilir.

5.4. Son nəzarət prosedurundan keçən investisiya layihələridövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdətutulmuş vəsaitin bölgüsü layihəsinə daxil edilir.

5.5. Bu Qaydaların 5.3-cü bəndində göstərilən son nəzarətprosedurundan keçməyən investisiya layihələri prioritetləşdirmə vəreytinqin müəyyənləşdirilməsi prosedurunda yüksək reytinq alandigər investisiya layihələri ilə əvəz edilir.

5.6. İnvestisiya layihəsi aşağıdakı hallarda son nəzarətprosedurundan keçməmiş hesab olunur:

5.6.1. tikintiyə icazə sənədi olmadıqda;

5.6.2. torpaqların dövlət ehtiyacları üçün alınmasını təsdiqedən sənədlər olmadıqda;

5.6.3. satınalma planı olmadıqda;

5.6.4. kommunal xidmətlərə qoşulma barədə sənədlərolmadıqda;

5.6.5. əraziyə giriş imkanları məhdud olduqda və ya giriş mümkünolmadıqda;

5.6.6. layihənin aktuallığı əsaslandırılmadıqda.

6. İnvestisiya layihələrinin icrası

6.1. İnvestisiya layihələrinin icrası bu Qaydaların 2.16-cıbəndinin müddəaları nəzərə alınmaqla sifarişçi təşkilatlartərəfindən təşkil edilir.

6.2. Sifarişçi təşkilat investisiya layihəsinin icrası məqsədilənormativ hüquqi aktlara uyğun satınalma yolu ilə seçilmişinvestisiya layihəsinin icraçısı (podratçısı) ilə müqaviləbağlayır. İnvestisiya layihəsinin icrası ilə əlaqədar zəmanətmüddəti Azərbaycan Respublikasının Şəhərsalma və TikintiMəcəlləsinin 105-ci maddəsi ilə tənzimlənir. Zəmanət müddəti iləbağlı mübahisələr, bu bəndin tələbləri nəzərə alınmaqla, mülkiqanunvericiliyə uyğun olaraq həll edilir.

6.3. Hər bir layihə üzrə cari il üçün təsdiq edilmiş xərcdənartıq malların alınmasına, işlərin və ya xidmətlərin yerinəyetirilməsinə yol verilmir.

6.4. Əsaslandırılmış səbəb olmadan kiçik investisiyalayihələrinin 4 (dörd) ildən, orta investisiya layihələrinin 5(beş) ildən artıq müddətdə icra olunmasına yol verilmir. Bununlaəlaqədar, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan(investisiya xərclərindən) müvafiq vəsaitin ayrılması təmin edilirvə vəsaitin bölgüsü zamanı keçid investisiya layihələrinə üstünlükverilir.

7. Proqrama daxil edilən investisiya layihələrinin icrasınınmonitorinqi və qiymətləndirilməsi

7.1. Proqrama daxil edilən investisiya layihələrinin icrasınınmonitorinqi investisiya layihələrinin icrasına dair hesabatınmonitorinqi və investisiya layihələrinin yerində monitorinqişəklində İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

7.2. Proqrama daxil edilən investisiya layihələrinin icrasınınmonitorinqi və nəticələrinin qiymətləndirilməsi NazirlərKabinetinin təsdiq etdiyi qayda əsasında həyata keçirilir.

7.3. Bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulan qaydainvestisiya layihələri üzrə hesabatlılığı və monitorinqinkeçirilməsi prosedurlarını müəyyən edir.

7.4. İnvestisiya layihələrinin icrasının monitorinqininməqsədləri aşağıdakılardır:

7.4.1. investisiya layihələrinin icra planlarına uyğun tam vəvaxtında həyata keçirilməsinə nail olunması;

7.4.2. investisiya layihələrinin icrası zamanı risklərin idarəedilməsi;

7.4.3. investisiya layihələrinin icrasında çevikliyə nailolunması;

7.4.4. investisiya layihələrinin icrası ilə bağlı hesabatlılığıntəmin edilməsi;

7.4.5. aidiyyəti dövlət orqanlarının (qurumlarının) investisiyalayihələri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi;

7.4.6. aşkar olunmuş nöqsanlarla bağlı tədbir görülməsi üçünaidiyyəti dövlət orqanları (qurumları) qarşısında vəsatətqaldırılması.

7.5. Proqrama daxil edilən investisiya layihələrinin icrasınanəzarət sifarişçi təşkilatlar tərəfindən həyata keçirilir.Sifarişçi təşkilatlar hər rüb üzrə, növbəti rübün ilk ayının 10-dəkNazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinəvə Hesablama Palatasına bu Qaydaların 7.2-ci bəndində nəzərdətutulan qaydalara uyğun olaraq investisiya layihələrinin icrasınadair dövri hesabatı təqdim edirlər.

7.6. Sifarişçi təşkilatlar investisiya layihələrinin icrası iləəlaqədar faktiki görülmüş işlərin bu Qaydaların 2.16-cı bəndinəəsasən təsdiq edilmiş icra planına uyğunluğunu araşdırır vəinvestisiya layihələrinin icrasına dair dövri hesabata daxiledirlər.

7.7. İnvestisiya layihələrinin yerində monitorinqi tərtibedilmiş illik plan əsasında aparılır.

7.8. İnvestisiya layihəsinin yerində monitorinqi keçirildikdə,sifarişçi təşkilata monitorinqin başlanmasından azı 10 (on) günəvvəl yazılı bildiriş göndərilir. Bildirişdə monitorinqinkeçirilməsinin əsası, mövzusu və tarixi göstərilir.

7.9. İnvestisiya layihələrinin yerində monitorinqi aşağıdakıhallarda plandankənar da keçirilə bilər:

7.9.1. sifarişçi təşkilat bu Qaydaların 7.5-ci bəndindəgöstərilən dövri hesabatı və bu Qaydaların 7.14-cü bəndindəgöstərilən yekun hesabatı təqdim etmədikdə;

7.9.2. icra planından kənarlaşmalar olduqda;

7.9.3. plan üzrə aparılmış sonuncu yerində monitorinq zamanıaşkar edilmiş çatışmazlığın sifarişçi təşkilat tərəfindən aradanqaldırılmasının yoxlanılması tələb olunduqda;

7.9.4. investisiya layihələrinin icrasına dair hesabatlarınmonitorinqi və plan üzrə aparılmış monitorinqin nəticələri ilərazılaşmayan sifarişçi təşkilat plandankənar yerində monitorinqinkeçirilməsini yazılı şəkildə tələb etdikdə;

7.9.5. investisiya layihəsinin icrasına dair mediada mənfiməlumatlar yayıldıqda;

7.9.6. investisiya layihəsinin icrası ilə bağlı vətəndaşlardanvə ya digər təşkilatlardan daxil olan şikayətlərin araşdırılmasızamanı məsələlərin yerində yoxlanılması tələb edildikdə.

7.10. İnvestisiya layihəsinin yerində monitorinqininnəticələrinə dair 2 (iki) nüsxədə arayış tərtib edilir vəmonitorinq iştirakçıları tərəfindən imzalanmaqla rəsmiləşdirilir.Arayışın və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sifarişçitəşkilata təqdim edilir, digər nüsxəsi isə İqtisadiyyatNazirliyində qalır.

7.11. İnvestisiya layihəsinin yerində monitorinqininnəticələrinə dair qeydlər İqtisadiyyat Nazirliyi tərəfindənhazırlanan investisiya layihələrinin icra vəziyyətinə dair rüblükvə illik hesabatlarda əks etdirilir.

7.12. İnvestisiya layihələrinin yerində monitorinqinə aidiyyətidövlət orqanlarının nümayəndələri və müqavilə əsasında müstəqilekspertlər və mütəxəssislər cəlb oluna bilərlər.

7.13. İqtisadiyyat Nazirliyi il müddətində Proqrama daxil ediləninvestisiya layihələrinin icrasının monitorinqinin nəticələribarədə icmal hesabat hazırlayaraq növbəti il martın 1-dək NazirlərKabinetinə və Hesablama Palatasına təqdim edir.

7.14. İnvestisiya layihəsinin icrası yekunlaşdıqdan sonra 30(otuz) gün müddətində sifarişçi təşkilatlar İqtisadiyyatNazirliyini bu barədə yazılı qaydada məlumatlandırır və buQaydaların 7.2-ci bəndində nəzərdə tutulmuş qaydalara uyğun yekunhesabatı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, MaliyyəNazirliyinə və Hesablama Palatasına təqdim edirlər.

7.15. Prioritet orta və iri investisiya layihələrinin icrasıtamamlandıqdan və istismar mərhələsinə keçdikdən sonra investisiyalayihələri üzrə planlaşdırılmış məqsədlərə nail olunmasınımüəyyənləşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən müstəqilkənar qiymətləndirici cəlb edilməklə investisiya layihələrininnəticələrinin yekun qiymətləndirilmə hesabatı hazırlanır və həminhesabat növbəti investisiya layihələrinin hazırlanması vəqiymətləndirilməsi zamanı nəzərə alınır.

8. Proqramın rasionallaşdırılması halları

8.1. Proqramın son 5 (beş) il müddətində maliyyələşməgöstəricilərinə əsasən orta maliyyələşdirmə dərəcəsi ilə Proqramınümumi dəyərinin həyata keçirilməsinə 8 (səkkiz) ildən çox vaxttələb olunarsa, İqtisadiyyat Nazirliyi Proqramınrasionallaşdırılmasını həyata keçirir.

8.2. Bu Qaydaların 8.1-ci bəndində qeyd olunan hal İqtisadiyyatNazirliyi tərəfindən müəyyən edildikdə, İqtisadiyyat NazirliyiProqramın rasionallaşdırılmasının həyata keçirilməsi üçün işçi qrupyaradır.

8.3. İşçi qrup tərəfindən investisiya layihələri üzrəaşağıdakılar əsas götürülməklə rasionallaşdırma aparılır:

8.3.1. investisiya layihəsi bu Qaydaların 6.4-cü bəndindəgöstərilən müddətdə icra edilmədikdə;

8.3.2. investisiya layihəsinin icrasının tamamlanması üçün tələbolunan vəsait smeta sənədlərində göstərilən vəsaitdən 20 faizdənçox olduqda.

8.4. Proqramın rasionallaşdırılması ilə bağlı işçi qruptərəfindən aşağıdakılar təklif edilir:

8.4.1. investisiya layihəsinin icrasının dayandırılması;

8.4.2. investisiya layihəsinin icrasının Proqram çərçivəsindədavam etdirilməsi;

8.4.3. investisiya layihəsinin dövlət–özəl tərəfdaşlığıçərçivəsində icrası məsələsinə baxılması;

8.4.4. investisiya layihəsinin (obyektin) özəlləşdirməyəçıxarılması.

8.5. İşçi qrupun rasionallaşdırma ilə əlaqədar fəaliyyətitamamlandıqdan sonra onun nəticələri və təkliflər İqtisadiyyatNazirliyi tərəfindən 30 (otuz) iş günü müddətində AzərbaycanRespublikasının Prezidentinə təqdim olunur.

Избранный
13
9
az.trend.az

10Источники