RU

Azərbaycan Ruanda ilə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

Azərbaycanla Ruanda arasında sosial xidmətlər, iqtisadiyyat, ticarət və humanitar sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Juliana Muganza ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə, Azərbaycanın sosial xidmətlər sahəsində uğurlu təcrübəsi, bu sahədəki islahatlar barədə məlumat verilib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Избранный
5
4
ikisahil.az

4Источники