Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycanda qış fəsli 21 dekabr saat 13:20-də başlayacaq. Bu zaman Şimal yarımkürəsində ən qısa gündüz (9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (14 saat 42 dəqiqə 38 saniyə) müşahidə olunacaq.
Modern.az xəbər verir ki, alimlərin hesablamalarına görə, dekabrın 21-i bu ilin ən qısa günü olacaq.
21 dekabr qış gündönümü günüdür. Alimlər bildiriblər ki, 21dekabrda gecənin müddəti maksimum, gündüzün müddəti isə minimum olacaq. Sonra gün tədricən uzanmağa başlayacaq.