RU

Elm və təhsil nazirindən Tərtərdə vətəndaş qəbulu - FOTOLAR

Elm və təhsil naziri Emin Əmrullayev Tərtər şəhərində vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qəbulda Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Şuşa, Xocalı və Xocavənd sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, daimiləşmə, təhsil müəssisələrinin təmir-tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Избранный
12
6
sia.az

10Источники