RU

Çində yerin altında hissəciklərin axtarışı üçün detektor yaradıldı

Cənubi Çinin Kaypin şəhərində (Guangdong vilayəti) böyük bir elm layihəsi tamamlanıb. 

HİT.az xəbər verir ki, "Jiangmen Underground Neutrino Observatory" (JUNO) adlı bu nəhəng detektorun tikintisi 9 il davam edib və layihənin ümumi dəyəri 300 milyon ABŞ dollarıdır. 

Detektorun əsas məqsədi Böyük Partlayışdan bəri mövcud olan, lakin hələ də sirr olaraq qalan neytrinoların tədqiqidir.

Neytrinolar çox kiçik kütləyə malik, əsasən ulduzlardakı nüvə reaksiyaları və ya hissəcik sürətləndiricilərində yaranan hissəciklərdir. Onlar hər saniyə bədənimizdən keçsə də, digər maddələrlə çox nadir hallarda qarşılıqlı təsirə girirlər. Bu, onların birbaşa aşkar olunmasını çətinləşdirir.

JUNO-nun rəhbəri Cao Cün qeyd edir ki, neytrinolar kainatımızın ən az başa düşülən hissəcikləridir.

JUNO 700 metr dərinlikdə yerləşdirilib və bu dərinlik kosmik şüalar və radiasiyadan yüksək səviyyədə qorunma təmin edir. Detektorun mərkəzində xüsusi maye ilə doldurulmuş sferik rezervuar yerləşir. Bu maye, neytrino və digər hissəciklərin qarşılıqlı təsiri zamanı yaranan parlaq işıqlı reaksiyaları qeyd edir. Detektora yaxın, 50 km məsafədə yerləşən iki atom elektrik stansiyası əsas antineytrino mənbəyi olacaq.

Samir

Избранный
21
hit.az

1Источники