RU

Oruc Zalovun polkovnik oğlu vəzifəsindən AZAD EDİLDİ

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.

Bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. Rəşad Zalovun təqaüdə göndərildiyi bildirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında (https://customs.gov.az) Rəşad Zalovla bağlı məlumatlar artıq silinib.

R.Zalov 18 mart 1980-ci ildə anadan olub. O, 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998-2022), polis general-leytenantı Oruc Zalovun oğludur.//Bakupost.az

 
Избранный
15
32
musavat.com

10Источники