RU

"Ayda 3 milyon dollar xərcləyirəm" - FOTO

Məşhur rep ifaçısı Cardi B, son zamanlar maddi sıxıntı yaşadığı ilə bağlı yayılan iddialara cavab verib. 80 milyon dollar sərvəti olduğu təxmin edilən 32 yaşlı amerikalı müğənni, iqtisadi vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az haber global-a istinadən xəbər verir ki, üç uşaq anası olan Cardi B ayda nə qədər pul xərclədiyini açıqlayaraq yayılan söz-söhbətlərə cavab verib. O, "Ayda təxminən 3 milyon dollar xərcləyirəm" deyə bildirib.

Bundan əlavə, məşhur müğənni bu il ona nə qədər qastrol təklifi gəldiyini və bunların hamısını rədd etdiyini açıqlayıb. Cardi B həmçinin hər şou üçün 1 milyon dollar, ümumilikdə isə 65 milyon dollar təklif edildiyini bildirən bir iş meneceri ilə etdiyi yazışmaların ekran görüntüsünü sosial media hesabında paylaşıb.

Bu açıqlamalarla Cardi B özünün maddi vəziyyətinə dair yayılan şaiyələrə bir növ son qoymuş olub. /baku.ws

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
37
50
milli.az

10Источники