Makaron dünyada məşhur yeməklərdən biridir. Mənşəyi İtaliya olan makaron dünyanın bir çox fərqli mədəniyyətində özünəməxsus bir yerə malikdir və bir çox fərqli reseptlərdə istifadə olunur.
News24.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu qidanın həddindən artıq istehlakı zərərli olsa da, orta miqdarda istehlakı çox faydalıdır.
Makaronda orqanizm üçün lazım olan vitamin və minerallar var. Makaron kalsium və fosforla zəngindir.
Məşhur inancın əksinə olaraq, makaron kökəltmir. Hətta tam buğda unundan hazırlanmış makaron rahatlıqla pəhriz siyahılarına daxil edilə bilər.
A, B1, B2 vitaminləri, eləcə də kalsium, kalium, zülal və dəmirlə zəngin əsas qida mənbəyidir.
Qan şəkərini tənzimləməyə kömək edərək diabetlə mübarizə aparır.
Zülal və amin turşuları ilə zəngin olduğu üçün sümük quruluşunu gücləndirməyə kömək edir.
Tərkibindəki vitamin və minerallar sayəsində dəri hüceyrələrinin yenilənməsini təmin edir və dərini gözəlləşdirir.
Bu qida insanı tox saxlayır, eləcə də həzmi asanlaşdırır. Qəbizlik problemini həllində faydalıdır.
Bundan başqa, maddələr mübadiləsində dərhal enerjiyə çevrilir və bədəni enerji ilə təmin edir. Ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.
Makaron xolesterolu aşağı salır. Həmçinin serotonin və melatonin hormonlarının ifrazını təmin edir.
Lakin makaron həddindən artıq istehlak edildikdə çəki artımına səbəb ola bilər.