RU

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azalıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasındaticarət əməliyyatlarının həcmi 5 milyard 625 milyon 143 min ABŞdolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard572 milyon 273 min ABŞ dolları (21,8%) azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 13,05%-i həcmində olub.

11 ayda Azərbaycan Türkiyəyə 3 milyard 515 milyon 893 min ABŞdolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrüilə müqayisədə 1 milyard 589 milyon 421min ABŞ dolları (31,1%)azdır. Dövr ərzində Türkiyə ilə ixrac əməliyyatları ölkənin ümumiixracının 14,45%-ni təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən məhsulidxalını illik müqayisədə 17 milyon 146 min ABŞ dolları (0,8%)artıraraq 2 milyard 109 milyon 249 min ABŞ dollarına çatdırıb. Dövrərzində Türkiyə ilə idxal əməliyyatları ölkənin ümumi idxalının11,24%-ni təşkil edib.

Избранный
6
6
az.trend.az

7Источники