“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb.Gender.Az xəbər verir ki, bunu TNS-yə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.B.Məmmədov bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb:“Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil ki, tikinti davam etdirilməyəcək. Stansiyanın inşasının əsas ağır mərhələsi geridə qalıb. 4 mərhələli inşaatın bütün mərhələləri üzrə qazıntı başa çatdırılıb, inşaatın tamamlanması adlandırılan işlərə başlanılıb, mərmər üzlük - qranit vurulmasına hazırlıq görülüb, dizayn mərhələsi həll edilir, stansiyada infrastrukturun qurulması üçün hazırlıq da var”.Qurum sözçüsü qeyd edib ki, stansiyanı “8 Noyabr”a birləşdirən hər iki yol infrastrukturu, yəni onun dəmir-beton yol hissəsi, relsləri qurulub. Onun sözlərinə görə, bundan sonra qatarların hərəkətini təmin edən elektrik sistemi və təmas relslərinin qurulması işləri görülməlidir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта