ABŞ diplomatlarından ibarət nümayəndə heyəti Suriyanın yeni administrasiyası ilə danışıqlar aparmaq məqsədilə Dəməşqə gedib.
Bu barədə "Al-Watan" məlumat yayıb.
Qeyd olunur ki, heyət Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və "Həyat Təhrir əş-Şam"ın terror təşkilatları siyahısından çıxarılması məsələlərini müzakirə edib.