RU

Direktor olmaq istədi, 98 min manatı getdi – TƏFƏRRÜAT

Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin sabiq direktor əvəzi Əzizə Abdiyevanın 98 min manatını mənimsəyən şəxslərə hökm oxunub.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ittihama əsasən, Bakı şəhər sakini Hökümə Əliyev tanışları Hicran Süleymanova, Aydın Cəfərov, Elsəvər Usubov, Könül Əliyeva və Şahlar adlı şəxlərlə əlbir olaraq, cinayət əlaqəsinə girərək Əzizə Abdıyevanın etibarından sui-istifadə etməklə ona qarşı külli miqdarda dələduzluq ediblər.

Elsəvər Usubov bir neçə il əvvəl dünyasını dəyişdiyi üçün istintaqa cəlb edilməsinə xitam verilib.

Təqsirləndirilən şəxslər özlərini elm və təhsil nazirinin müavini Firudun Qurbanovun yaxın adamları kimi təqdim edərək, zərərçəkmiş şəxs Əzizə Abdiyevanın 43.000 manatını diplomun təsdiqi, 55.000 manatını isə direktor vəzifəsinə təyinatı üçün alıblar. Həmin pulları müxtəlif bəhanələrlə mənimsəyiblər.

Aparılan araşdırma zamanı məlum olub ki, Hicran Süleymanovanın nazirliyin sabiq əməkdaşı, Aydın Cəfərovun “Gənc Alim” Mənzil İstehlak Kooperativinin İdarə Heyətinin sədri olduğu və digər təqsirləndirilən şəxslərin də müxtəlif vəzifələrdə çalışdığı bildirilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli biliniblər. Hicran Süleymanova 5 il 6 ay, Könül Əliyeva 5 il, Aydın Cəfərov 6 il 8 ay müddətinə həbs cəzası alıbkar. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Şahlar adlı şəxsə isə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ev dustağlığı ilə əvəz edilib.

Qeyd edək ki, Əzizə Abdıyevanın atası Elbəy Abdıyev də Abşeron rayonu Məmmədli kənd tam orta məktəbinin direktorudur və rayonda tanınmış şəxslərdəndir.

Избранный
6
6
nocomment.az

7Источники