RU

Müzakirələrə səbəb olan zolaq kim üçündür? - Rəsmi CAVAB

Aparıcı DJ Turalın Bakının mərkəzi küçələrinin birində lentə aldığı video maraqla qarşılanıb.

 

Modern.as xəbər verir ki, o, videonu sosial media hesabında paylaşıb.

 

“Bu zolaq maşınlar, digəri isə velosiped üçündür. Olmazdı ki, elə velosiped buradan, bir maşın o hissədən, o biri isə digər zolaqdan getsin? Və ya buranı parkinq etmək də olardı. Orada “dayanmaq qadağandır” nişanı qoyulub. Bu zolaq bizim üçün hansı rolu oynayır?” , - DJ Tural bildirib.

 

Qeyd edək ki, görüntülər paytaxtın Mirzəağa Əliyev küçəsində çəkilib.

 

Məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) münasibət bildirib. 

 

Qeyd olunub ki, sözügedən ərazidə yenidənqurma işləri aparılıb, küçədə hərəkət zolaqları yenidən təşkil olunub. 

 

"Nəticədə avtomobillər üçün hərəkət zolaqlarının sayı eyni saxlanılıb. Piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilib. Yəni həmin hissə səki üçün nəzərdə tutulub və inşası üçün aidiyyatı üzrə müraciət edilib", - qurumdan verilən açıqlamada bildirilir.

Избранный
19
modern.az

1Источники