RU

“Bakı Metropoliteni” QSC-nin sədri dəyişdi -ZAUR HÜSEYNOVUN YERİNƏ VÜSAL ASLANOV GƏTİRİLDİ

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

 

Senzor.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.

 

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Vüsal Aslanov 2016-cı ilin iyulun 20-dən "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.

Избранный
10
senzor.az

1Источники