Almaniya kansleri Olaf Şoltsun yaxın günlərdə Moskvaya sülh missiyası ilə getməsi iddiası ilə bağlı “Der Spiegel” jurnalında dərc olunan məqalə uydurmadır.
"Unikal" xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Almaniya hökumətinin nümayəndəsi məlumat verib.
"Kanslerin Rusiyaya getməyi planlaşdırdığı barədə xəbərlər uydurmadır" deyən o, Nazirlər Kabinetinin gələn həftə üçün kanslerin cədvəlini cümə günləri elan etdiyini xatırladıb.