RU

“Bakı və İrəvan üçün tarixi fürsət yaranıb” - Hakan Fidan

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Almaniya Xarici İşlər Naziri Annalena Berbokla görüşdə Azərbaycanın və Ermənistanın arasında sülh sazişinin imzalanması üçün tarixi fürsətin yaranığını bildirib.

Musavat.com xəbər verir ki, Hakan Fidan, görüş zamanı müzakirə olunan məsələlərdən biri olaraq, iki ölkə arasında sülhün əldə olunmasının vacibliyini vurğulayıb və bildirib ki, bu prosesdə üçüncü tərəflərin dəstəyi böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, sülh sazişi tərəfsiz və obyektiv dəstək ilə təmin edilməlidir.

Nazir, həmçinin, bölgədə davam edən gərginliklərin azaldılması və uzunmüddətli sülhün qurulması məqsədilə beynəlxalq cəmiyyətin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Bu açıqlamalar, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması yolunda yeni bir mərhələnin başlanğıcı olaraq qiymətləndirilir. 

 

Musavat.com

Избранный
10
43
musavat.com

10Источники