Yer kürəsinin Şimal yarımkürəsində dekabrın 21-də Qış gündönümü və ilin ən uzun gecəni başlayır.
Ölkə.az Lent.az-a istinadən, dekabrın 21-də Şimal yarımkürəsində günlər uzanmağa, Cənub yarımkürəsində isə qısalmağa başlayır.
Bəzi ölkələrdə bu tarix Şimal yarımkürəsi üçün qışın, cənub yarımkürəsi üçün isə yayın başlanğıcı, bəzi ölkələrdə isə yazın və ya qışın ortası hesab olunur.
Şimal Qütb dairəsində 24 saat gecə, Cənub Qütb dairəsində isə 24 saat gündüz var. Cənuba doğru hərəkət etdikcə gündüz saatları uzanır. Bu səbəbdən 21 dekabrda ilin ən uzun gecəsi yaşanır.
Dekabrın 23-dən etibarən gecələr qısalmağa, günlər isə uzanmağa başlayacaq.
Gündönümü, ildə iki dəfə baş verən və Günəş şüalarının yarımkürələrə ən böyük ucaq altında çatdığı xüsusi tarixlərdir.
Bu günlərdə günəşin doğuş və qürub nöqtələri üfüqdə sabit qalır. Gündönümü, yerləşdiyiniz yarımkürədən asılı olaraq gündüzlərin və ya gecələrin uzanmağa və ya qısalmağa başladığı dövrdür.