RU

KİV: Mayotta sakinləri Makronun istefasını tələb edib

Mayotta sakinləri Fransa prezidenti Emmanuel Makrona dağıdıcı qasırğanın vurduğu adadakı vəziyyətə reaksiyasına görə qəzəblərini bildiriblər.

Azreform.info "Report"a istinadən xəbər verir ki, Makron dəymiş ziyanın həcmini qiymətləndirmək və yerli sakinlərə öz dəstəyini göstərmək üçün Hind okeanındakı arxipelaqa səfər edib.

Mayottaya iki günlük səfəri zamanı Makron yerli sakinlərlə mübahisə edib.

Belə ki, görüş zamanı onun istefası ilə bağlı çağırışlar edilib, əlavə yardım tələb olunub.

Yerli sakinlər Parisin zərərçəkənlərə yardım üçün gördüyü tədbirlərdən narazı olduqlarını bildirərək Fransa prezidentini fitə basıblar.

Qeyd edək ki, “Çido” qasırğası dekabrın 14-də Hind okeanındakı Mayotta adasına təsir edib. Hadisə nəticəsində 31 nəfər ölüb, 1 400-dən çox insan xəsarət alıb.

Избранный
4
13
azreform.info

10Источники