RU

Daha 49 ailə doğma Şuşa şəhərinə yola düşdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınır.

 

Sfera.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı dekabrın 21-də Bakı şəhərinin Qaradağ rayonundan yola düşür.

 

Bu mərhələdə Şuşa şəhərinə 49 ailə - 191 nəfər köçürülür.

 

Onlardan 40 ailə (148 nəfər) Bakı şhərindən, iki ailə (10 nəfər) Ağcabədi rayonundan, iki ailə (doqquz nəfər) Bərdə rayonundan, bir ailə (altı nəfər) Sumqayıt şəhərindən, bir ailə (beş nəfər) Ağdaş rayonundan, bir ailə (beş nəfər) Kürdəmir rayonundan, bir ailə (üç nəfər) Abşeron rayonundan olan məcburi köçkünlərdir.

 

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 42 ailə (157 nəfər) Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyindən, Ağcabədi, Bərdə, Ağdaş, Goranboy və Kürdəmir rayonlarında məskunlaşmış yeddi ailə (34 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

 

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

 

Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

 

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 318 ailənin, yəni 1 180 nəfərin daimi məskunlaşması təmin edilib.

Избранный
8
49
sfera.az

10Источники