RU

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselevə verdiyi geniş müsahibəsində hadisələrin (sülhlə bağlı – red.) ətraflı şərhini təqdim etdi: “Biz sülh müqaviləsi çərçivəsində həqiqətən çox irəliləyiş əldə etmişik. Bu sənədin on yeddi maddəsinin on beşi razılaşdırılıb, ikisi qalıb”. Birinci halda söhbət bir-birinə qarşı qarşılıqlı iddia irəli sürməkdən imtinadan, ikincisi isə xarici nümayəndələrin dövlət sərhədi boyunca yerləşməməsindən gedir.

Turkustan.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markedonov qeyd edib.

“Azərbaycan Prezidenti həm həmsöhbətinə, Rusiyanın nüfuzlu melia-personasına, həm də Rusiya hökumətində qərar qəbul edənlərə başa saldı ki, Qafqazda status-kvonun yenidən nəzərdən keçirilməsi onun üçün qəbuledilməzdir. Belə çıxır ki, məsələ təkcə müqavilənin iki bəndində deyil.

“İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələri (Qarabağda üçüncü, ən qısa müharibəni Bakıda belə adlandırırlar – S.M) onların yaddaşından silinməməlidir” - İlham Əliyevin birmənalı xülasəsi. Təkrar edirik, bu müraciət təkcə Nikol Paşinyana deyil.

Kiselevlə söhbət zamanı Əliyev açıq şəkildə bildirdi ki, gələcək sülhün şərtləri (və deməli, yeni regional Qafqaz nizamı) Bakının prioritet səsi ilə baş tutacaq. Və bu tezisləri bir növ yeni dönüş adlandırmaq olmaz. Əliyev, eləcə də onun administrasiyasının nümayəndələri ardıcıl olaraq bu kursu həyata keçirirlər ki, bunu Nikol Paşinyanın komandası haqqında demək olmaz. Ermənistanın baş naziri və onun ətrafı tez-tez əvvəlcə “imtina edir” (xüsusilə ritorik səviyyədə), sonra isə növbəti güzəştlərə qərar verirlər”, - Markedonov qeyd edib. /axar.az/

Избранный
3
2
turkustan.az

10Источники