RU

Şəhid qızı kimi doğma Şuşaya qayıtdığım üçün çox xoşbəxtəm - Məmmədova Şəms

Bir şəhid qızı kimi doğma Şuşaya qayıtdığım üçün çox xoşbəxtəm.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şuşa sakini Məmmədova Şəms deyib.

Onun sözlərinə görə, Şuşanı kiçik yaşlarında, 4 yaşında tərk edib, indi isə vətəninə, doğma torpağına sevinclə qayıdır.

"Arzum həyatımızı Şuşada davam etdirmək, yaşayıb yaratmaqdır. Şükürlər olsun ki, biz də öz arzumuza qovuşuruq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", -deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Избранный
1
2
day.az

3Источники