Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress" agentliyinəverdiyi müsahibəsində Azərbaycanın Ermənistanı müdafiə xarakterliolmayan silahlar əldə etməkdə ittiham etməsinə öz aləmində "cavab"verib.
Paşinyanın bəyanatlarına nəzər salaq:
Ermənistanın sürətlə silahlanması barədə: "Ermənistan heç birölkə ilə silahlanma yarışında iştirak etmir. Biz silahlanmanıyalnız Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaqməqsədilə həyata keçiririk. Məqsədlərimiz şəffafdır".
İrəvanın guya "yalnız müdafiəni gücləndirmək niyyəti" barədə:"Yalnız müdafiə xarakterli vasitələrlə müdafiəni təşkil etməkmümkün deyil. Quru hücumlarına qarşı müdafiə üçün artilleriya,raketlər və digər zərbə vasitələri lazımdır".
Azərbaycanın ittihamları barədə: "Azərbaycan da müdafiəxarakterli olmayan silahlar əldə edir. Bu o deməkdirmi ki,Azərbaycan revanşist siyasət yürüdür?"
Ermənistanın "silahlanma hüququ" barədə: "Ordunun islahatı bizimqanuni haqqımızdır. Bu, Azərbaycan üçün təhlükə deyil, çünki bizAzərbaycanın ərazi bütövlüyünü tanımışıq və bunu tanımağa davamedirik. Biz Ermənistanın ərazi bütövlüyünün də qarşılıqlı olaraqtanınmasını gözləyirik".
İkitərəfli nəzarət mexanizmi təklifi barədə: "Biz Azərbaycanasilahlanma üzərində qarşılıqlı nəzarət mexanizmi yaratmağı təklifetdik. Lakin hələ ki, cavab yoxdur. Halbuki hərbi büdcələrimizarasındakı fərq Azərbaycanın xeyrinə üç dəfədir".
Nikol Paşinyanın açıqlamalarının mahiyyəti, məzmunu, altqatı vəhədəflərini araşdırmaqda fayda var.
Nikol Paşinyan müsahibələrində dəfələrlə bəyan edib ki,Ermənistan yalnız müdafiə məqsədilə silahlanır. Amma son illərdəErmənistanın praktiki addımları bu bəyanatların reallıq məzmununaçox ciddi şübhələr yaradır.
44 günlük İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonraErmənistan silahlı qüvvələrini modernləşdirmək istiqamətində aktivaddımlar atmağa başladı. Ən diqqətçəkən məqam isə bu silahlanmaprosesinin ictimaiyyətə minimum açıqlıqla həyata keçirilməsidir ki,bu da gizlilik təəssüratı yaradır. 2023-cü ildə ErmənistanHindistandan "Pinaka" reaktiv yaylım atəş sistemi və uzaqmənzilliraketlər əldə edib.
Bu sistemlər böyük dağıdıcı gücə və uzaq məsafələrə zərbəendirmə qabiliyyətinə malikdir ki, bu da onları hücum xarakterlisilahlar sırasına daxil edir. "Pinaka" sistemlərinin istifadəsisərhədlərin qorunması üçün deyil, əksinə, uzaq məsafədə yerləşənobyektlərin məhv edilməsi məqsədini güdür ki, bu da "yalnız müdafiəməqsədli" bəyanatlarla uyğun gəlmir.
Eyni zamanda, Ermənistan ordusu öz zirehli texnika parkını dafəal şəkildə yeniləməkdədir. Xüsusilə, Şərqi Avropa ölkələrindəntanklar və artilleriya qurğuları satın alınmışdır.
Bu, təkcə müdafiə mövqelərinin qorunması üçün deyil, həm dəaktiv hərbi əməliyyatlara hazırlıq niyyətini nümayiş etdirir.İqtisadi çətinliklərə baxmayaraq, İrəvan hərbi potensialınıgücləndirmək üçün ciddi maliyyə vəsaiti ayırır.
Belə ki, 2022-ci ildə silahlanmaya təqribən 400 milyon ABŞdolları sərf olunub ki, bu da Ermənistan üçün rekord göstəricidir.Ötən ildə də İrəvanın remilitarizasiyası sürətlə davam edib və əsasdiqqət əsla "sırf müdafiə xarakterli" sayılmayan texnika iləsistemlərin alınmasına yönəlmişdi. Bu addımlar N.Paşinyanınhəyasızcasına söylədiyi "Ermənistanın silahlanma yarışında iştiraketmir" iddiasını yalanlayır.
İrəvanın hücum xarakterli silahlar əldə etməsi onunmünaqişələrin sülh yolu ilə həlli barədə bəyanatlarına etimadıciddi şəkildə sarsıdır. Bununla yanaşı, bu cür silahlanma bölgədəgərginliyin eskalasiyası riskini artırır. Reallıq göstərir ki,Ermənistanın "məqsədlərimizin şəffaf olması" barədə iddialarıolduqca şübhəlidir. Əksinə, ölkənin sülh niyyətləri bəyanatlarınınhərbi potensialını artırmaq üçün pərdə rolunu oynadığı təəssüratıyaranır. Hücum potensialının inkişaf etdirilməsi regional sabitliyəbirbaşa təhdid yaradır.
İrəvanın guya "yalnız müdafiəni gücləndirmək niyyəti" dəsaxtakarlıqdır. Nikol Paşinyan iddia edir ki, ölkənin ərazibütövlüyünün təmin edilməsi üçün müdafiə vasitələri ilə yanaşı,raketlər və artilleriya kimi hücum sistemləri də vacibdir. Buarqument yalnız nəzəri olaraq əsaslıdır, çünki hərtərəfli müdafiəaktiv müdafiə elementlərini də əhatə edir. Di gəl, Paşinyanadministrasiyasının fəaliyyəti bu iddiaları həmişə təsdiqləmir.
Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanıErmənistan geniş miqyasda və aktiv şəkildə ağır artilleriyaqurğularından, o cümlədən “Smerç” reaktiv yaylım atəş sistemindənistifadə edib.
Həmin sistemlər uzaq məsafələrə güclü zərbələr endirmək üçünnəzərdə tutulub, lakin müharibə zamanı tətbiqinin xarakteritamamilə fərqli olub.
Müharibə zamanı “Smerç” sistemlərindən Azərbaycanın sıxməskunlaşmış bölgələrinə və infrastrukturuna zərbələr endirilib, buda çoxsaylı dağıntılara və mülki əhali arasında tələfatlara səbəbolub. Bu cür yanaşma "yalnız müdafiə məqsədli" silahlardan istifadəbəyanatlarına ziddir. Ermənistan cavab hücumlarından əhaliniqorumaq üçün hava hücumundan müdafiə sistemlərini gücləndirməkəvəzinə, zərbə potensialını artırmağa üstünlük verib. Bu yanaşmamüharibəni aparmağın hücum xarakterini nümayiş etdirir.
Müharibədən sonra isə Ermənistan yalnız yanaşmasını dəyişməməkləkifayətlənməyib, həm də hücum potensialını artırmağa davam edib. Əndiqqətçəkən nümunə Hindistandan "Pinaka" yaylım atəş sistemlərininvə Fransadan "Ceasar" haubitsalarının alınmasıdır. Bu sistemləruzaq məsafələrdə kütləvi zərbələr endirmək üçün nəzərdə tutulub ki,bu da onları açıq şəkildə hücum xarakterli silah edir.
Eyni zamanda, rəsmi İrəvanın silahlı qüvvələrin planlaşdırılanmodernləşdirilməsi planları hava hücumundan müdafiə kimi müdafiəsistemlərinə deyil, raket sistemləri və ağır artilleriya kimi zərbəpotensialının yaradılmasına fokuslanır. Ermənistanın məqsədimüdafiədirsə, niyə əsas diqqət uzaq məsafələrə zərbə endirmək üçünnəzərdə tutulan silahların alınmasına yönəldilib? Azərbaycanın açıqtəhlükələrinə baxmayaraq, Ermənistan müasir hava hücumundan müdafiəsistemlərinin və müdafiə vasitələrinin inkişafına niyəfokuslanmır?
Paşinyan bu suallara cavab vermək istəmir.
Bu yanaşma təkcə Ermənistanın bəyanatlarına etimadı zəifləmir,həm də bölgədə əlavə sabitlik riskləri yaradır. İrəvanın hücumpotensialının inkişaf etdirilməsi Azərbaycanın bunu təhdid kimiqəbul etməsinə səbəb ola bilər ki, bu da gələcəkdə silahlanmayarışının daha da güclənməsinə yol aça bilər. Keçmişdə ağırartilleriyanın mülki infrastruktur əleyhinə istifadəsi oxşarpraktikanın gələcəkdə təkrarlanması ilə bağlı narahatlıqdoğurur.
Onu da xatırladaq ki, Ermənistanın hərbi birləşmələrininQarabağdan çıxarılması ilə bağlı vəziyyət, rəsmi bəyanatlar və realfəaliyyətlər arasındakı ziddiyyətlərin ən bariz nümunələrindənbiridir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan vəbeynəlxalq vasitəçilərin, o cümlədən Rusiya və Avropa İttifaqınıntələbələrinə baxmayaraq, Ermənistan bu istiqamətdə öhdəliklərinitam yerinə yetirməmişdi. 10 noyabr 2020-ci il tarixli üçtərəflibəyanatın tələblərinə baxmayaraq, Qarabağda Ermənistanındəstəklədiyi silahlı birləşmələr qalmaqda davam edirdi. Bu durumtəkcə razılaşmanın pozulması deyil, həm də tərəflər arasındamünasibətlərin normallaşmasına mane olurdu. İndi də Ermənistanrazılaşmaları tam yerinə yetirmək əvəzinə, demilitarizasiyaprosesini ləngidən addımlar atır.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına gəldikdəisə, Nikol Paşinyanın bəyanatları mütləq şəkildə praktikiaddımlarla müşayiət olunmalıdır. Yəni kondominimum olaraq İrəvan"Qarabağın müstəqillik ideyası" kimi sərsəm mizantropiyaya siyasidəstəyin dayandırılmalı, Azərbaycanın suverenliyini pozanritorikadan imtina etməlidir.
Fəqət N.Paşinyan indiyədək bu şərtləri yerinə yetirmək üçün heçbir ciddi addım atmayıb ki, bu da onun beynəlxalq normalarasadiqliyini şübhə altına alır.
Nəticədə Ermənistanın ikili mövqeyi təkcə Azərbaycanın deyil,həm də beynəlxalq ictimaiyyətin ona etimadını azaldır, münaqişəninhəllini çətinləşdirir. Üstəlik, davam edən təxribatlar silahlıqarşıdurmaların yenidən başlamasına səbəb ola bilər. Və ən nəhayət,Paşinyanın fəaliyyətdəki ardıcıllıq və prinsipiallığın olmamasıbölgədə gərginlik riskini gündəmdə saxlayaraq dayanıqlı sülhləstabiliyin bərqərar olmasına maneələr yaradır.
Nikol Paşinyanın "silahlanmaya qarşılıqlı nəzarət mexanizmiyaratmaq" təklifi bölgədə gərginliyin azaldılmasına yönəlmişdiplomatik addım kimi səslənir. Amma yenə də - bu təşəbbüsün realməqsədləri və vaxtında irəli sürülməsi suallar doğurur.
Səbəblər də az deyil.
Cənubi Qafqaz bölgəsində Ermənistanla Azərbaycan arasında hərbiimkanların asimmetriyası uzun müddətdir mövcuddur. İkinci Qarabağmüharibəsindən sonra bu fərq daha da nəzərə çarpan oldu. 2023-cüildə Azərbaycanın müdafiə büdcəsi 3,6 milyard ABŞ dolları təşkiledib ki, bu da Ermənistanın 1,2 milyard dollarlıq müdafiəbüdcəsindən üç dəfə çoxdur. İqtisadi çətinliklər və siyasiqeyri-sabitlik fonunda Ermənistan hərbi potensialını artırmaq üçünvaxt qazanmağa çalışır. Qarşılıqlı nəzarət təşəbbüsü hazırkıvəziyyəti donduraraq öz zəifliyini kompensasiya etmək məqsədidaşıya bilər.
Bu cür təşəbbüslər adətən güc mövqeyindən deyil, digər tərəfinstrateji üstünlüklərini azaltmaq cəhdi kimi səslənir. Ermənistanınzəif mövqedə olduğu bir vaxtda bu diplomatik mexanizm real paritetyaratmaqdan çox, paritet təəssüratı yaradır.
Onu da unutmayaq ki, rəsmi Bakı İkinci Qarabağ müharibəsininqalibi olaraq daha güclü strateji mövqedədir. İşğal altında olantorpaqların qaytarılması Bakının strateji üstünlüyünümöhkəmləndirib və Ermənistanla şərti dövlət sərhədinə tam nəzarətAzərbaycan üçün geosiyasi əhəmiyyət kəsb edir. Həmçinin,Azərbaycanın hərbi potensialı bölgədə balansı qorumaq və gələcəktəhdidlərə cavab vermək üçün əhəmiyyətlidir.
Bu şərtlərdə silahlanmaya məhdudiyyətlərin tətbiqi Azərbaycanıntəhlükəsizlik maraqlarına uyğun gəlmir. Daha da əhəmiyyətlisi,Azərbaycanın zəfərindən sonra ortaya çıxan risklər fonunda hərbipotensialını qorumaq hüququ beynəlxalq səviyyədə dəstəklənir.
Bütün bunlara rəğmən, yəni Azərbaycan İkinci Qarabağmüharibəsində qələbə qazansa da, bölgədəki sabitlik vətəhlükəsizlik problemləri ilə üzləşməyə davam edir. Belə ki, erməniişğalından azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləriningücləndirilməsi və bölgələrin bərpası üçün ciddi hərbi iştirakaehtiyac var. Bu ərazilərin minalardan təmizlənməsi vəinfrastrukturun yenidən qurulması prosesində hərbi güc dayaq roluoynayır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığınadair bəyanatlarına baxmayaraq, ölkədə revanşist yanaşmanıdəstəkləyən siyasi dairələr mövcuddur. Sözügedən qüvvələr Qarabağınstatusu ilə bağlı spekulyasiyalar apararaq münaqişənin yenidənalovlanmasına zəmin yarada bilər. Bəhs etdiyimiz durumda NikolPaşinyanın “silahlanmaya qarşılıqlı nəzarət mexanizmi” təklifiBakının təhlükəsizlik maraqları baxımından məqbul görünmür.Azərbaycan üçün hərbi potensialını qorumaq və inkişaf etdirməksuveren bir hüquqdur və bu, onilliklər boyu davam edən işğalın vəmünaqişənin nəticələrinə qarşı məntiqli bir addımdır.
Ümumiyyətlə, Paşinyanın silahlanmaya qarşılıqlı nəzarətmexanizmi təşəbbüsü səthi baxımdan primitiv diplomatik jestcəhdindən savayı heç nə deyil. Habelə,"təşəbbüs"ün vaxtı vəməqsədləri də sual doğurur.
Çünki Paşinyan hazırda Ermənistanın hərbi-texniki potensialınınzəifliyini aradan qaldırmağa çalışır. Yada salaq ki, Ermənistanınmüdafiə büdcəsi Azərbaycanın xeyli gerisindədir (2023-cü ildəAzərbaycan - 3,6 milyard ABŞ dolları, Ermənistan - 1,2 milyard ABŞdolları). Belə bir təklifin indi irəli sürülməsi İrəvanın hərbigeriliyi kompensasiya etmək üçün vəziyyəti "dondurmaq" cəhdi kimigörünür. Rəsmi Bakı hərbi-strateji üstünlüklər fonunda, belə birməhdudiyyət mexanizminə ehtiyac duymadığından N.Paşinyanın butəklifi hərbi balansı dəyişdirmək cəhdi kimi qəbul edilə bilər.
... Nikol Paşinyanın Ermənistanın silahlanmaya dair bəyanatlarıvə təklifləri ziddiyyətli görünür. Bir tərəfdən, o, Ermənistanın"müdafiə məqsədləri"ni vurğulayır, digər tərəfdən isə real faktlarvə hadisələr ölkənin hücum xarakterli silahlanma prosesində iştiraketdiyini göstərir.
Bölgədə uzunmüddətli sülh yalnız hərbi balansı qorumaq deyil,həm də qarşılıqlı inam və şəffaflığa əsaslanan səmimi addımlarlamümkün ola bilər. Ermənistanın bu istiqamətdə etibarlı tərəfdaşkimi çıxış etməsi üçün rəsmi İrəvanın sözləri ilə əməlləriniuyğunlaşdırması və bölgədə sülhün təminatına töhfə verməsivacibdir.
Əks təqdirdə belə "təşəbbüs"lər reallıqdan uzaq, yalnız ucuz vəuğursuzluğa düçar diplomatik manevr kimi dəyərləndiriləcək.