RU

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC təşkilatçılığı ilə sayca 7-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb.

Turkustan.az nazirliyə istinadən xəbər verir ki, dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka 30 dekabr tarixinədək 10 gün müddətində davam edəcək.

Yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.

Yarmarkada ölkənin 30 şəhər və rayonundan gələn 100-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 100-dən artıq məhsul çeşidini satışa çıxarıb. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verə bilərlər.

Fermerlər burada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında yerləşir. /Bakıvaxtı.az/

Избранный
13
21
turkustan.az

10Источники