Almaniyada Milad bazarında sürücü avtomobili piyadaların üzərinə sürüb.
NOCOMMENT.az xəbər verir ki, azı 2 nəfər, o cümlədən bir azyaşlı uşaq həlak olub, 70-ə yaxın adam yaralanıb
Axşam saatlarında Almaniyanın Maqdeburq şəhərində Səudiyyə Ərəbistanından olan həkim olduğu bildirilən sürücü hadisə yerində həbs edilib.
Saksoniya-Anhaltın baş naziri Reiner Haseloff ölənlərin arasında bir uşağın olduğunu təsdiqləyib.
Cinayəti törədən şəxs icarəyə götürdüyü avtomobili idarə edib.