RU

Ucarda “Ciyəraxşamı”nda kütləvi dava düşüb

Ucar rayonunda qohumlar arasında kütləvi dava olub.

Azpost.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, gecə saatlarında rayonun Bağman kəndində keçirilən “ciyəraxşamı” məclisindən sonra bir qrup şəxs arasında münaqişə baş verib.

Nəticədə yaxın qohum olan 1975-ci il təvəllüdlü Əlisahib Ağasəlim oğlu Səlimov, 2003-cü il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov, 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlifdərəcəli xəsarətlər alıblar. Onlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı Ucar RPŞ-də təhqiqat araşdırmaları aparılır. Tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Lent.az saytı yayıb.

Избранный
2
7
azpost.info

10Источники