Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov vəfat edib.
“Report” xəbər verir ki, aktyor uzun müddət səhhətində yaranmış problemlərdən əziyyət çəkib.
Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora illər öncə qaraciyər köçürülmüşdü.
Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyoru olub. O, bu müddət ərzində “Gəl qohum olaq”, “Qarağaclar altında məhəbbət”, “Cəhənnəm ekspresi”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Qocanı öldürməliyik”, “Xilaskar” və sair tamaşalarda yaddaqalan obrazlar yaradıb.