RU

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər dünya mediasının gündəmində - Fotolar

Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirləri yaymaqda davam edir.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin dünya gündəmini dərindən maraqlandıran, eləcə regionda böyük maraq doğuran məsələlərlə bağlı hərtərəfli təhlil və şərhləri ərəbdilli media qurumları tərəfindən də geniş işıqlandırılıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Nabd” portalında dərc olunan yazıda dövlət başçısının Azərbaycan-Ermənistan münasibətləri haqqında fikirlərinə diqqət çəkilib. Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanla sülh sazişi ilə bağlı 15 bənd üzrə razılığa gəlindiyini, 2 bəndin isə razılaşdırılmadığını qeyd edib. Bildirib ki, sülh sazişinin imzalanması üçün sərhəddə başqa dövlətin nümayəndələri və ölkələrin bir-birinə qarşı ərazi iddiaları olmamalıdır.

Tunisin “News” nəşri qeyd edir ki, Azərbaycan Prezidenti Gürcüstanda baş verən hadisələrdə Makronun da əlinin olduğunu bildirib. Vurğulayıb ki, Makron öz ölkəsində rahat durmur və Gürcüstana da əl atır.

Ərəbdilli “Addiyar” portalı isə dövlət başçısının Rusiya-NATO əlaqələrinə dair münasibətinə diqqət çəkib. Portalda Azərbaycan Prezidentinin NATO-Rusiya qarşıdurmasının dünya üçün çox fəlakətli nəticələrə səbəb olacağı barədə fikrini xüsusi vurğulayıb: “Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək”. 

Əlcəzairin “Al Cazair Al Youm” qəzetində dərc olunan məqalədə Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun uğursuz siyasəti barədə tənqidi fikirlərinə xüsusi yer ayırıb. Dövlətimizin başçısının “...Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir” fikrinin sitat gətirildiyi məqalədə Prezident İlham Əliyevin diktatura adlandırdığı Makron rejiminin daxili siyasəti, eləcə də Mayotda və Yeni Kaledoniyada neomüstəmləkəçi addımlarını sərt tənqid etdiyi, Parisin böyük diplomatik uğursuzluqlar yaşadığını qeyd etməsi vurğulanıb.

Misirdə yayımlanan “Al Vasat Al Arabi” nəşri isə dövlət başçısının Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq üçün Qərb dövlətlərindən, xüsusən ABŞ-dan siqnal gözləməsi, həmçinin Makronun uğursuz siyasəti ilə bağlı fikirlərinə yer verib.

Türkiyənin Anadolu Agentliyində, “Yeni Şafak”, “Daily Sabah” qəzetlərində, “Turkish Minute” nəşrində, İndoneziyanın “Islam Times”, “Islam Today” portallarında, Krım Xəbər Agentliyində, İranın Mehr Agentliyində, eləcə də Stratfor Fondunun saytında, həmçinin “usmuslims.com”, “eadaily.com portallarında yer alan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı barədə diqqət mərkəzində saxlanılıb. Məqalələrdə dövlətimizin başçısının iki qardaş ölkə arasında hərbi əməkdaşlığın ən yüksək səviyyəyə çatdığı, ölkələrimiz arasında Müttəfiqlik haqqında Bəyannamənin imzalandığı, Azərbaycan Ordusunun Türkiyə ordusu nümunəsində modernləşdirilməsi, birgə hərbi təlimlərin uğurla təşkil olunması barədə fikirlərinə geniş yer verilib. Bununla yanaşı, yazılarda Azərbaycan Prezidentinin ölkəmizin ərazisində Türkiyənin hərbi bazasının yaradılmasına lüzum qalmaması barədə fikri xüsusilə ön plana çıxarılıb.

Prezident İlham Əliyevin fikirləri Serbiya mətbuatının da diqqət mərkəzində qalmaqdadır. “Vaseljenska” saytı dövlətimizin başçısının Cozef Borreli Azərbaycandan uzaq durmağa çağırdığı, Ermənistanla bağlı, eləcə də Gürcüstandakı mövcud siyasi vəziyyətə toxunduğu, ölkəmizlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını vurğuladığı bildirilir.

Azərbaycan Prezidentinin Cozef Borrellə bağlı bu fikirlərinə yer verilib: “Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib. Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib”.

Həmçinin Prezident İlham Əliyevin Gürcüstandakı mövcud siyasi vəziyyəti Qafqaz uğrunda döyüşün tərkib hissəsi kimi qiymətləndirdiyi qeyd olunub: “Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir”.

“Centralasia.media” portalında və Malayziyanın “The Sun” nəşrində dərc olunan məqalələrdə dövlətimizin başçısının Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində 40 nəfərlik məhdud kontingentinin olacağı məsələsinin razılaşdırıldığı, lakin sonradan Azərbaycanla razılaşdırılmadan bu missiyanın müddətinin uzadılması barədə fikrinə də yer verilib: “...arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu”.

“Centralasia.media” nəşri Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində 17 mübahisəli məsələdən 15-nin artıq razılaşdırıldığını vurğuladığı qeyd olunub. Bundan başqa, Ermənistanın KTMT-dən çıxmaq üçün bəhanələr axtardığını və Vaşinqtondan siqnal gözlədiyini qeyd etməsi xüsusilə vurğulanıb.

“Ukraina.ru”, “1tv.ge”, “Dailymoscow.ru”, “Sila-rf.ru”, “Turkic.world” saytları Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Cosef Borrelin Avropanı çiçəklənən bağa, qalanlarını isə cəngəlliyə oxşatması barədə fikrini xatırladan Prezident İlham Əliyevin aşağıdakı fikrini sitat gətirib: “...Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib”.

Şərqi Avropa, Mərkəzi Asiya, Afrika və Yaxın Şərqin iqtisadi, siyasi həyatı ilə bağlı xəbərlər yayımlayan “IntelliNews” nəşrində dərc olunan məqalədə Prezident İlham Əliyevin müsahibədə Fransanın Ermənistanı silahlandırması, Qərb dövlətlərinin Cənubi Qafqazda sabitliyin pozulması ilə bağlı cəhdləri barədə fikirləri ətraflı təhlil olunub. Məqalədə Prezident İlham Əliyevin Azərbaycanda bəzi regionlarda nadir hal olan milli köklərə və ənənəvi dəyərlərə sadiqliyin güclü olması və bəşəriyyət üçün təhlükəli olan bu tendensiyanın qarşısının alınmasının vacibliyi barədə fikirləri diqqətə çatdırılıb: “Dünyada gördüyümüz tendensiyalar, o cümlədən Trampın Prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necə deyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onu Paris Olimpiadasının açılışında gördük. Bu halların qarşısı alınmalıdır”.

Gürcüstanın “Civil.ge”, “Sakartvelosambebi.ge”, “Interpressnews.ge” portalları Prezident İlham Əliyevin Gürcüstanda baş verən hadisələrdə Emmanuel Makronun da əli olduğunu qeyd etməsi, hazırda qonşu ölkədə vəziyyətin sabitləşməsi barədə fikirləri geniş işıqlandırılır: “Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin... Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır”.

“Moldova-news.com” portalı Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Rusiya əməkdaşlığı, rus dilinin dəyəri, NATO ilə Rusiya arasında müharibə ehtimalı, Fransanın neokolonializmindən, bölgədə vəziyyət, Ermənistan ilə sülh danışıqları və digər məsələlər barədə fikirlərini geniş işıqlandırıb.

“Biz.nv.ua” portalında dərc olunan məqalədə Prezident İlham Əliyevin zəngin enerji potensialına malik Azərbaycanın başqa enerji mənbəyinə ehtiyacı olmadığı barədə fikri diqqətə çatdırılıb. Buna baxmayaraq, dövlətimizin başçısının elmi məqsədlərlə kiçik reaktorların imkanlarının öyrənilməsi barədə tapşırıq verdiyi qeyd olunub.










Избранный
31
10
qafqazinfo.az

10Источники